Logo
    main-post-cover

    Süni intellekt infrastrukturunda əsas problem artıq hesablama deyil

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, süni intellekt infrastrukturunun sürətlə genişlənməsi fonunda əsas məhdudlaşdırıcı faktor artıq hesablama gücü deyil, enerji təminatıdır. Bu dəyişən reallıq fonunda Peak XV Partners Hindistanın enerji texnologiyaları startapı C2i Semiconductors-a 15 milyon dollarlıq investisiya edib.
    What is AI? | Free Online Course | Be Connected
        C2i (Control, Conversion and Intelligence sözlərinin qısaltmasıdır) AI data mərkəzləri üçün “plug-and-play” tipli, sistem səviyyəli enerji həlləri hazırlayır. Məqsəd yüksək gərginlikli enerjinin GPU-lara ötürülməsi zamanı yaranan itkiləri azaltmaq və böyük miqyaslı AI infrastrukturunun iqtisadi səmərəliliyini artırmaqdır. Series A investisiya raunduna Peak XV rəhbərlik edib. Raundda Yali DeeptechTDK Ventures də iştirak edib. Bununla da iki illik startapın ümumi investisiya həcmi 19 milyon dollara çatıb.
        2025-ci ilin dekabrında yayımlanan BloombergNEF hesabatına görə, 2035-ci ilə qədər data mərkəzlərinin elektrik istehlakı demək olar ki, üç dəfə artacaq. Goldman Sachs Research isə 2023-cü illə müqayisədə 2030-cu ilə qədər data mərkəzlərində enerji tələbatının 175 % arta biləcəyini proqnozlaşdırır. Bu isə dünyada ən çox enerji istehlak edən ilk 10 ölkədən birinin əlavə olunmasına bərabərdir.
    Paylaş