Logo
    main-post-cover

    Süni intellekt insan şəxsiyyətini sadəcə 2 saat ərzində kopyalaya bilib!

    Süni İntellekt
    02.12.2024
    Farid

         Google DeepMind tədqiqatçıları 2 saatlıq söhbətdən sonra insan şəxsiyyətini təqlid edən AI sistemi hazırlayıblar. Bu, süni intellektin inkişafının həm heyrətamiz, həm də qorxulu tərəfini göstərir.

         İlk növbədə, bu süni intellekt sistemi, şəxslərlə aparılan dərin müsahibələr zamanı əldə edilən məlumatları təhlil edir. Məlumatlar emal edildikdən sonra, şəxsin cavab vermə tərzini və davranışlarını simulyasiya edən bir “rəqəmsal şəxsiyyət” yaradılır. Aparılan testlərdə sistemin verdiyi cavabların real şəxsin cavabları ilə 85% uyğun olduğu müəyyən edilib. Sistemin uğuru isə 1000 könüllü ilə keçirilən təlim prosesi nəticəsində əldə olunub. Bəs bu sistem hansı məqsədlərə xidmət edəcək?
         Yeni texnologiyanın, xüsusilə sosioloji araşdırmalar üçün inqilabi bir vasitə ola biləcəyi bildirilir. Məsələn, bu üsulun ənənəvi sorğuları əvəz edəcəyi planlaşdırılır. Beləliklə, məlumat toplama və təhlil proseslərinin daha sürətli və iqtisadi olacağı qeyd edilir. Yəni, sosial tendensiyaları başa düşmək və ya fərdi davranış modellərini öyrənmək üçün daha çox araşdırmanın aparılmasını mümkün edə bilər.
         Bundan əlavə, bu süni intellekt sistemi şəxsi köməkçilərin inkişaf etdirilməsi, robot-insan qarşılıqlı təsirinin optimallaşdırılması və hətta peşəkar sahələrdə təlim məqsədli simulyasiyaların yaradılması kimi bir çox sahədə istifadə edilə bilər. Tədqiqatçılar bu cür süni intellektləri “rəqəmsal agentlər” kimi təsvir edirlər. Mövcud süni intellekt köməkçilərindən fərqli olaraq, bu agentlər daha mürəkkəb və insana xas davranışları simulyasiya edə bilir.
         Bununla yanaşı, insana daha yaxın bir anlayışla işləməsi ev və iş mühitlərində qarşılıqlı təsiri əhəmiyyətli dərəcədə yaxşılaşdıra biləcəyi söylənilir. Bu texnologiyanın imkanları hələ də araşdırılmaqda olsa da, artıq insan davranışlarını anlamaq və yenidən qurmaq üçün süni intellektin nə qədər irəli gedə biləcəyi barədə təsəvvür yaradır.
    Paylaş
    Bənzər xəbərlər
    elon-musk-suni-zeka-vasitesile-komputer-oyunlari-hazirlamaq-isteyir
    Süni İntellekt

    Elon Musk, süni zəka vasitəsilə kompüter oyunları hazırlamaq istəyir

    Elon Musk öz iddialı planları və bəzən absurd biznes qərarları ilə məşhurdur. Bu dəfə də o, iddialı ideya ilə özünü yada salıb.
    openai-nin-suni-intellekt-layihesi-olan-sora-nin-sizdirildigi-ortaya-cixib
    Süni İntellekt

    OpenAI-nin süni intellekt layihəsi olan Sora-nın sızdırıldığı ortaya çıxıb!

    OpenAI-nin video əsaslı məzmun yaratmağı hədəfləyən yeni süni intellekt modeli Sora sızdırılıb. Süni intellekt modeli sızdırıldıqdan sonra diqqətçəkən detalları ilə gündəmə gəlib.
    139-illik-hec-kimin-adini-bilmediyi-bir-yapon-sirketinin-sehmleri-suni-intellekt-sayesinde-suretli-bir-sekilde-bahalasib
    Süni İntellekt

    139 illik heç kimin adını bilmədiyi bir yapon şirkətinin səhmləri süni intellekt sayəsində sürətli bir şəkildə bahalaşıb!

    Yaponiyada kabellər istehsal edən və 139 illik tarixi olan Fujikura şirkətinin səhmləri son bir ildə 400% artıb. Bunun səbəbi isə süni intellektdir.
    samsung-sirketi-gauss-2-suni-zeka-modelini-teqdim-edib
    Süni İntellekt

    Samsung şirkəti Gauss 2 süni zəka modelini təqdim edib

    Samsung şirkəti Gauss 2 adlı yeni süni zəka modelini anons edib. Bu yeni süni zəka modeli Galaxy AI ekosisteminin funksiyalarını optimizasiya edərək daha yaxşı performansı və effektivliyi təklif edir.
    xristianlar-hz-isanin-suni-intellekt-kopyasi-ile-gunahlarini-etiraf-etmeye-baslayiblar-video
    Süni İntellekt

    Xristianlar, Hz. İsanın süni intellekt kopyasını yaradaraq günahlarını etiraf etməyə başlayıblar! (VİDEO)

    İsveçrədə fəaliyyət göstərən St. Peter Kilsəsi, İsa peyğəmbərin süni intellekt və holoqram dəstəyi ilə yaradılmış bir versiyasını hazırlayıb. Xristianlar bu süni intellektlə danışaraq günahlarını etiraf edə bilirlər.