Süni intellekt sektorunda kadr savaşı: Rəhbər və tədqiqatçılar yerlərini dəyişir
Süni İntellekt
16.01.2026
Sevinc
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, süni intellekt laboratoriyalarında kadr axını getdikcə daha da sürətlənir. Böyük AI şirkətləri istedadlı mütəxəssisləri saxlamaqda çətinlik çəkir və rəhbər səviyyəli keçidlər artıq adi hala çevrilib.
Son günlərin ən diqqətçəkən xəbərlərindən biri Mira Murati-nin Thinking Machines Lab şirkətində üç yüksək vəzifəli rəhbərin qəfil və gərgin atmosferdə ayrılması olub. Qısa müddət sonra bu şəxslərin hamısı OpenAI tərəfindən işə götürüldü. Məlumata görə, bu, son olmayacaq. Alex Heath bildirir ki, yaxın həftələrdə Thinking Machines Lab-dan daha iki əməkdaşın OpenAI-a keçməsi gözlənilir.
Digər tərəfdən, Anthropic OpenAI-dan təhlükəsizlik və uyğunlaşma sahəsində çalışan tədqiqatçıları cəlb etməyə davam edir. The Verge yazır ki, OpenAI-ın baş təhlükəsizlik tədqiqatçılarından biri olan Andrea Vallone Anthropic-ə keçib. Vallone süni intellekt modellərinin psixi sağlamlıq mövzularına reaksiyası üzrə ixtisaslaşıb ki, bu da OpenAI üçün son dövrlərdə yaşanan “sycophancy” problemləri fonunda xüsusilə həssas mövzudur. O, Anthropic-də 2024-cü ildə OpenAI-ın təhlükəsizliyə kifayət qədər önəm verilmədiyi səbəbilə tərk edən tanınmış tədqiqatçı Jan Leike ilə birlikdə çalışacaq.
Paylaş