Logo
    main-post-cover

    Süni intellekt və innovasiyada əsas çağırış: koordinasiya və kommersiyalaşdırma

        İnnovasiya və süni intellekt sahəsində nəticəyönümlü fəaliyyət düzgün koordinasiya və institusional yanaşmadan asılıdır.
        Technote xəbər verir ki, bunu Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə “İnnovativ Potensial: Əqli Mülkiyyət + Süni İntellekt” mövzusunda keçirilən dəyirmi masada deyib.
        Onun sözlərinə görə, Azərbaycanda innovasiyaya giriş və çıxış arasında balansın qorunması vacibdir. Bu istiqamətdə mütəmadi müzakirələr aparılır və imkanlar qiymətləndirilir.
        V.Şıxəliyev qeyd edib ki, ölkədə bu sahə üzrə müxtəlif qurumlar və özəl sektor arasında çevik sistem formalaşdırılıb. Mövcud platformalar çərçivəsində innovasiya potensialı araşdırılır.
        O bildirib ki, innovativ fəaliyyətin nəticə verməsi üçün bütün komponentlər kompleks şəkildə təhlil olunmalıdır. Azərbaycanda innovasiyaya giriş göstəriciləri yüksəkdir, çıxış üzrə isə ciddi potensial mövcuddur.
        Sektor müdirinin fikrincə, düzgün əlaqələndirmə ilə bu potensial iqtisadi dəyərə çevrilə bilər. Bunun üçün innovativ məhsulların kommersiyalaşdırılması əsas prioritetlərdən biri kimi göstərilir.
    Paylaş