main-post-cover

    Süni zəka bir neçə dəqiqə ərzində kurs işi yazmağı öyrənib

    Süni İntellekt
    01.03.2021
    Emil Nəcəfov
        Süni zəka bir çox bacarığa sahib olsa da insanların bir-biriləri ilə ünsiyyət qurduqları təbii dilin öhdəsindən gələ bilmir. Məlum olub ki, bu fikir artıq köhnəlib. Belə ki, süni zəka bir neçə dəqiqə ərzində kurs işi yaza bilir. Süni zəka əsasında yaradılmış tətbiqlər daima inkişaf edirlər. Hələ bir neçə müddət bundan öncə düşünülürdü ki, müəyyən mövzular üzərində düşünmək üçün superkompüterə ehtiyac var. Aparılmış yeni təcrübənin nəticələri isə onu göstərib ki, düzgün ayarlanma halında süni zəka yazı yazmaqla yanaşı kurs işini insandan daha tez hazırlaya bilər.
        Aparılmış yeni təcrübə üçün EduRef saytı GTP-3 (Generative Pre-Training Transformer 3) adlı alqoritmi seçib. Bu alqoritm digər analoqlardan fərqli olaraq təbii dillər üzrə daha üstün bacarıqlara sahibdir. Süni zəkanın əsas problemi sağlam düşüncə çatışmazlığı hesab edilir. Sadə və məntiqli sözlərin yerinə sistem bir-birinə tamamilə uymayan sözlərdən istifadə edə bilər. Təcrübənin əsas məqsədi isə alqoritmə düzgün prosesi öyrətmək idi. Bu işdə isə kollec məzunları və müəllimlər iştirak ediblər. Təcrübənin nəticəsi olaraq süni zəka sistemi kurs işi yazmalı idi.
        Məlum olub ki, GPT-3 sistemi 4 fəndən yalnız 1-nin öhdəsindən gələ bilməyib. Bununla yanaşı o, tarix fənnindən 4 qiymətini və koronavirus mövzusu əsasında hazırlanmış kurs işinə görə 3 qiymətini alıb. Tədqiqatçılar bildiriblər ki, sistem qrammatik, sintaksis və sözlərin tezlikləri sahələrində insan tərzini imitasiya etməyi bacarıb. Kurs işlərinin texniki sözlərlə zəngin olmalarına baxmayaraq süni zəka bu tapşırığın öhdəsindən gələ bilib. Ümumilikdə isə süni zəka sistemi insanların əldə etdikləri rəyləri əldə edib.
    Linki kopyala