
Süni zəka əsaslı axtarış Google-dakı ənənəvi "10 mavi link" axtarış formatını öldürüb
Süni İntellekt
18.03.2025
Emil
Uzun illər boyunca Google-un ənənəvi axtarış formatı - qeyri-rəsmi olaraq "10 mavi link" adlandırılan sistem istifadəçilər üçün əsas yanaşma olub. Lakin istifadəçilər süni zəka əsaslı çat-botlara, onların yerinə axtarış aparan alətlərə sürətlə uyğunlaşırlar. Bu barədə The Verge, Adobe şirkətinin araşdırmasına istinad edərək məlumat verib. Tədqiqat nəticələri göstərir ki, süni zəka ilə axtarış artıq pərakəndə satış sahəsində mühüm trafik mənbəyinə çevrilib. Adobe, ABŞ-da pərakəndə ticarət saytlarına 1 trilyondan çox keçidi analiz edərək, öz analitik platformasından istifadə edib. Bundan əlavə, 5000-dən çox amerikalının iştirakı ilə sorğu keçirilib.
Tədqiqatın məqsədi insanların süni zəka əsaslı axtarış alətləri ilə necə qarşılıqlı əlaqədə olduğunu daha yaxşı anlamaq olub. Araşdırmanın nəticələrinə görə, 2024-cü ilin sonundakı bayram dövründə süni zəka axtarış sorğularının sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1300% artıb. Cyber Monday-də (ABŞ-da Black Friday-dən sonra gələn endirimli alış-veriş dövrü) isə bu artım 1950%-ə çatıb. Baxmayaraq ki, bu göstəricilər təsirli görünür, belə bir tendensiya gözlənilən idi, çünki 2023-cü ildə süni zəka əsaslı axtarışlar hələ yeni yaranırdı və o qədər də məşhur deyildi. Lakin ən maraqlı nəticələr istifadəçi davranışı ilə bağlıdır.

Süni zəka axtarış vasitəsilə yönləndirilən istifadəçilər saytda orta hesabla 8% daha uzun müddət qalırlar, onların fərqli səhifələrə keçid etmə ehtimalları 12% daha yüksəkdir, onlar 23% daha az hallarda sadəcə linkə keçid edib, səhifəni bağlayırlar. Bu nəticələr göstərir ki, süni zəka əsaslı axtarış alətləri istifadəçiləri ənənəvi axtarış sistemlərinə nisbətən daha məqsədəuyğun saytlara yönləndirir. Generativ süni zəka alətlərinin axtarış sistemlərinə inteqrasiyası mükəmməl keçməyib və onların nə dərəcədə faydalı olacağı dərhal aydın olmamışdı.
Google, süni zəka əsaslı xülasə funksiyasını ilk dəfə axtarış sisteminə təxminən 1 il əvvəl əlavə edib. Bu funksiya fərqli mənbələrdən məlumatları toplayaraq istifadəçi sorğusuna ümumiləşdirilmiş cavab təqdim edir. Lakin ilk dövrlərdə bu alət ciddi problemlərlə qarşılaşdı, çünki tez-tez qeyri-dəqiq və hətta yanlış cavablar verirdi. Digər tərəfdən, Perplexity adlı startap da süni zəka əsaslı axtarış xidmətləri təklif etməyə başladı və çat-bot vasitəsilə reklam inteqrasiyası ilə axtarış nəticələri təqdim edir. 2023-cü ildə Forbes nümayəndəsi bildirdi ki, Perplexity icazəsiz şəkildə nəşrin məqalələrini istifadə edərək plagiatla məşğuldur.

Forbes şirkəti yalnız məhkəmə ilə hədələsə də, News Corp daha irəli gedərək müəllif hüquqlarının pozulması səbəbilə şirkətə qarşı aktiv məhkəmə çəkişmələrini davam etdirir. İlkin mərhələdə yaranan problemlərə baxmayaraq, ötən il OpenAI də öz əsas məhsulu olan ChatGPT çərçivəsində axtarış funksiyasını istifadəyə verdi. Google və Perplexity-nin buraxdığı səhvləri nəzərə alaraq, OpenAI süni zəka əsaslı axtarış sistemini prototip kimi təqdim etdi. Bunun məqsədi, xidmətin qeyri-dəqiq işləməsi halında şikayətlərin sayını azaltmaq idi. Bundan əlavə, şirkət nəşriyyatlara öz məqalələrinin ChatGPT-də necə göstərildiyini idarə etmək imkanı verdiyini bildirib.
Həmçinin Vox Media kimi bəzi media qurumları ilə tərəfdaşlıq müqavilələri bağlayıb. Hazırda tam funksional süni zəka əsaslı axtarışın yaranması artıq çox uzaq görünmür və istifadəçilər mövcud alqoritmləri ehtiyaclarına uyğunlaşdırmağa davam edirlər. Adobe-un 5000 nəfərin iştirakı ilə keçirdiyi sorğu göstərib ki, 39% respondent süni zəka axtarışını onlayn alış-veriş üçün istifadə edir, 55% zəruri məlumatları tapmaq üçün süni zəka alqoritmlərindən yararlanır, 47% isə alış-veriş tövsiyələri üçün süni zəkadan istifadə edir. Bu göstəricilər reklamverənlər üçün ümidverici məlumatdır. Lakin, Google və Perplexity-dən fərqli olaraq, OpenAI-nin süni zəka əsaslı axtarışında hazırda reklam yoxdur.

Bundan əvvəl OpenAI-nin rəhbəri Sam Altman bildirmişdi ki, ChatGPT-də reklam yalnız “son çarə” kimi yerləşdirilə bilər. Onun fikrincə, "süni zəka və reklamın birləşməsi unikal, lakin narahatlıq doğuran bir hadisədir". Baxmayaraq ki, süni zəka əsaslı axtarış hələ inkişaf mərhələsindədir, artıq aydın görünür ki, o, istifadəçilərin diqqətini cəlb edə bilib. İstifadəçilər bu yeni texnologiyanı fəal şəkildə sınaqdan keçirir və öz ehtiyaclarına uyğunlaşdırırlar. Bəzi insanlar hesab edirlər ki, ənənəvi axtarış sistemi artıq bir neçə ildir effektivliyini itirib, çünki həddindən artıq reklam və SEO-spamla doludur. Süni zəka əsaslı axtarış bu problemin mümkün həlli kimi görünür - əgər o, zamanla eyni mənfi təsirlərə məruz qalmaqdan qaça bilsə.
Mənbə: The Verge
Paylaş
Bənzər xəbərlər

Süni İntellekt
Bir neçə ildən sonra texnoloji şirkətlər hər il süni zəkaya 500 milyard dollardan çox vəsait sərf edəcəklər
DeepSeek-in təsiri texnologiya nəhənglərini hesablama infrastrukturu xərclərini artırmağa vadar edir. Bloomberg Intelligence analitiklərinə görə, DeepSeek-in süni zəka bazarında meydana çıxması qlobal İT sektorunda hesablama infrastrukturu xərclərinin artmasına səbəb olub.

Proqram Təminatı
Android smartfonlarda Google Assistant süni zəka əsaslı Gemini ilə əvəzlənəcək
Google şirkəti elan edib ki, yaxın aylarda Android smartfonlarında standart Google Assistant rəqəmsal köməkçisini yeni süni zəka əsaslı Gemini köməkçisi ilə əvəz edəcək.

Süni İntellekt
Anthropic süni zəkanın yalanlarını və əsl məqsədlərini gizlətmə hallarını ortaya çıxartmağı öyrənib
Sürətlə inkişaf edən süni zəka modelləri artıq indiki mərhələdə yalan danışmağa, faktları saxtalaşdırmağa, həqiqi məqsədlərini gizlətməyə və istifadəçilərin gözlədiyi, lakin yanlış cavablar verməyə qadirdir.

Süni İntellekt
Süni zəka əsaslı axtarış sistemləri xəbər mənbələri baxımından yanlış məlumatlar verirlər
Generativ süni zəka modelinə əsaslanan 8 axtarış xidməti xəbər mənbələri ilə işləməkdə ciddi problemlər nümayiş etdirib. Bu, Columbia Journalism Review nəşrinin Rəqəmsal Jurnalistika Mərkəzi tərəfindən aparılmış araşdırmanın nəticələrindən məlum olub.

Proqram Təminatı
Məşhur çat-botlardan hansıları daha çox konfidensial məlumat yığır?
Çin mənşəli süni zəka modelləri, məsələn, DeepSeek ətrafında artan narahatlıqlara baxmayaraq, yeni bir araşdırma göstərir ki, bu qorxular bəlkə də şişirdilmişdir - ən azından məxfilik baxımından.
Ən çox oxunanlar

POCO F7 Pro və F7 Ultra-nın render fotoları ortaya çıxıb
