
Süni zəka əsaslı ChatGPT çat-botu bir itin həyatını xilas edib
Süni İntellekt
31.03.2023
Farid
Peakcooper ləqəbli Twitter istifadəçisi bildirib ki, süni zəka əsaslı ChatGPT çat-botu onun Sassy ləqəbli itinin həyatını xilas edib. İstifadəçinin sözlərinə əsasən baytarlar onun itinə gənə infeksiyası diaqnozunu qoyublar və müvafiq müalicəni təyin ediblər. Lakin bir neçə gündən sonra itin vəziyyəti daha da pisləşməyə başlayıb. Təkrar müayinə zamanı isə baytarlar itdə olan problemin diaqnozunu dəqiq şəkildə təyin edə bilməyiblər.
Onlar daha öncə təyin edilmiş müalicənin davam etdirilməsini və bunun itə necə təsir göstərəcəyini gözləməyi bildiriblər. Bu cür yanaşma isə itin sahibini heç qane etməyib və itini digər baytarın yanına aparmaq qərarına gəlib. Lakin iti digər baytarın yanına aparmazdan öncə o, itin qan analizlərini ChatGPT-yə göndərib və ondan dəqiq diaqnozun təyin edilməsini istəyib. Çat-bot baytar olmadığını qeyd etsə də, güman edib ki, itdə autoimmun hemolitik anemiyası ola bilər. Digər baytar da bildirib ki, itdə həqiqətən də bu xəstəlik ola bilər. Aparılmış yeni müayinələr nəticəsində məlum olub ki, ChatGPT tərəfindən təyin edilmiş diaqnoz doğrudur.
Paylaş
Bənzər xəbərlər