main-post-cover

    Süni zəka əsaslı generativ dil modelləri yaxın 10 ildə şüura sahib ola bilərlər

    Süni İntellekt
    15.08.2023
    Farid Pardashunas
        Keçən ilin yay fəslində Google şirkətinin keçmiş mühəndisi LaMDA 2 adlı böyük dil modelində şüurun mövcudluğu izlərinə rast gəldiyini elan edən zaman onun sözlərinə şübhə ilə yanaşılmışdı. Bu hadisə filosof və şüur tədqiqatçısı David Chalmers-in süni zəkada şüurun formalaşmasına işarə edəcək hansı sübutların ola biləcəklərini düşündürməyə məcbur edib. Boston Review saytındakı məqaləsində Chalmers bu məsələyə aydınlıq gətirməyə çalışıb. Chalmers-in sözlərinə əsasən şüur çoxlu səviyyəyə sahibdir. Birincisi bu, qavrayışla bağlı sensorlu təcrübələrdir. İkincisi hislər ilə bağlı olan affektiv təcrübələr, üçüncüsü koqnitiv təcrübələr (düşüncələr və əsaslandırma), dördüncüsü agentiv təcrübələr (məqsədlər və əməllər).
        Bununla yanaşı özünüdərketmə də var. Bütün bunlar subyektiv təcrübənin komponentləridir. Bununla belə şüur özünüdərketməyə bərabər deyil və insan zəkası ilə eyni səviyyədə tutulmamalıdır. Bir çox zooloqların fikirlərinə əsasən bəzi növ heyvanlar (itlər, pişiklər, balıqlar və s.) şüura sahibdirlər. Lakin onlar zəka baxımından insan səviyyəsinə çata bilməyiblər. Şüur inkişaf etmiş zəkadan təkamül sayəsində daha öncə formalaşıb. Buna görə də süni zəkanın da nə vaxtsa şüura sahib olacağı istisna edilmir. Şüur anlayışının dəqiq tərifinin olmaması bu problemin araşdırılmasında çətinliklər yaradır.
        İnformatikada Türinq testi (kompüterin və ya başqa bir sistemin insanlarla eyni zehni bacarığa sahib olub-olmadığını müəyyən etmək məqsədi daşıyır) adlı məşhur test var və bir çoxlarının fikirlərinə əsasən bu test şüurun təyini üçün kifayət edən şərtdir. Lakin halbu ki, bu test şüurun təyini üçün heç də lazımlı bir şərt deyil. Chalmers-in fikrincə süni zəkada şüurun təyini üçün nəzərdə tutulmuş etalon testi tərtib etmək çox qəlizdir. Lakin şüurun ayrı-ayrı komponentlərinin axtarışlarına istiqamətlənmiş müxtəlif testləri tərtib etmək olar. Bununla belə süni zəkada şüurun formalaşması onun qeyri-adi bacarıqlara sahib olacağı demək deyil.
        Ümumiyyətlə şüurun davranışlardakı rolu çox az tədqiq olunub. Halbu ki, şüura sahib ola biləcək sistemlər ani olaraq bizim gözlərimizdə yüksək statusa sahib olurlar. Bu halda biz onlara cansız əşyalardan fərqli olaraq daha fərqli yanaşmağa başlayırıq. Burdan da başqa bir vacib sual ortaya çıxır. Biz şüura sahib süni zəka sistemlərini yaratmalıyıqmı? Təbii ki, bu cür sistemlərin ortaya çıxması generativ süni zəka sistemləri halından fərqli olaraq daha böyük etik mübahisələrə və çətinliklərə səbəb olacaq. Chalmers əmin deyil ki, bu cür sistem insanlara yalnız fayda vermək üçün nəzərdə tutulacaq. Chalmers böyük dil modellərində şüurun təyini üzrə 4 indikator variantını irəli sürüb.
        Birincisi sisteminin şüur əldə etdiyini söyləməsi, ikincisi sistemin şüur əldə etmiş kimi görünməsi, üçüncüsü sistemin üstün danışıq bacarıqlarına sahib olması, dördüncüsü isə sistemin universal zəkanı əldə etməsi. Bizlərin generativ süni zəka sistemlərində tərtib etmək tendensiyasını gördüyümüz faktı süni zəkanın universallığa doğru getdiyindən xəbər verir. O, zəka baxımından insan səviyyəsinə hələ çatmasa da, son 10 il ərzində çox inkişaf edib. Chalmers hal hazırki süni zəka sistemlərində şüurun formalaşması şanslarını 10% qiymətləndirir. Lakin bununla yanaşı mütəxəssis qeyd edib ki, bu 10%-i heç də ciddiyə almaq lazım deyil. Digər tərəfdən müasir texnologiyaların inkişaf səviyyələrini nəzərə alsaq, ola bilər ki, növbəti onilliklərdə şüura və zəkaya sahib sistemlər ortaya çıxacaqlar. Chalmers bu ehtimalın ola bilmə şansını 50% qiymətləndirib. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər