Logo
    main-post-cover

    Süni zəka əsaslı Grok çat-botunun təılimatlandırılmasının hansı qiymətə başa gəldiyi məlum olub

    Süni İntellekt
    04.07.2024
    Emil
         Elon Musk özünə məxsus olan xAI şirkəti tərəfindən 1 il bundan öncə yaradılmış Grok adlı çat-botun inkişafı barəsində təfərrüatları bölüşüb. Görünür, şirkət bu çat-bot üzərində sürətli şəkildə çalışır. Belə ki, Grok-un ikinci versiyası istifadəyə verilmədiyi halda Musk artıq çat-botun üçüncü versiyası barəsində danışır. Musk-ın sözlərinə əsasən çat-botun ikinci versiyası artıq gələn ay istifadəyə veriləcək. O bildirib ki, Grok-un birinci versiyası ilə müqayisədə ikinci versiyada bizləri böyük yeniliklər gözləyir.
         Bununla yanaşı Musk ilin sonuna Grok-un üçüncü versiyasının təqdimatı ilə xüsusi bir şey söz verib. Musk bildirib ki, çat-botun üçüncü versiyasının təlimatlandırılma prosesi NVIDIA-nın H100 adlı 100 000 ədəd qrafik prosessorunun iştirakı ilə aparılır. Miqyası təsəvvür etmək üçün qeyd etmək lazımdır ki, Grok-un ikinci versiyasının təlimatlandırılması prosesində cəmi 20 000 ədəd H100 qrafik prosessorundan istifadə edilib. 1 ədəd H100-ün qiyməti 30 000-40 000$ təşkil edir. Burdan da belə qənaətə gəlmək olar ki, Grok-un üçüncü versiyasının təlimatlandırılması Musk-a 3-4 milyard dollara başa gəlir.
    Paylaş