
Süni zəka əsaslı robot tərəfindən hazırlanmış rəsm əsəri yüksək qiymətə satılıb
Süni İntellekt
14.11.2024
Emil
Sotheby’s hərrac evi tərəfindən təşkil edilmiş hərracda satışa çıxarılmış qeyri-adi lot süni zəka alqoritmlərinə sahib robot tərəfindən hazırlanmış rəsm əsəri olub. Söhbət, “AI God” adını əldə etmiş rəsm əsərindən gedir. Ai-Da adlı robot tərəfindən ərsəyə gətirilmiş sözügedən rəsm əsərində informatikanın banisi hesab edilən Alan Turing-in portreti əks olunub. Satışa çıxarılmış rəsm əsəri üçün ilk əvvəl 180 000$ qiymət təyin edilib. Lakin nəticədə rəsm əsəri qat-qat baha qiymətə satılıb. Söhbət , 1 milyon dollardan gedir.

İngilis riyaziyyatçı Ada Lovelace-ın şərəfinə adlandırılmış Ai-Da robotu insanabənzər robotdur. O özündə kameraları, robotlaşdırılmış əli və qəliz süni zəka alqoritmlərini birləşdirir. Bu robot qalerist Aidan Meller, Engineered Arts şirkəti və Lids Universitetinin mütəxəssisləri tərəfindən ərsəyə gətirilib. Robotun hazırlanmasında iştirak etmiş mütəxəssislərin sözlərinə əsasən Ai-Da-nın hər bir işi unikal və gözlənilməzdir. Ai-Da artıq bir neçə ildir ki, dünyanın art cəmiyyətinin diqqətini öz üzərinə çəkir.
Robotun hazırladığı rəsm əsərləri müxtəlif sərgilərdə nümayiş etdirilir. Onun rəsm əsərləri hətta BMT sammitində də iştirakçılara təqdim olunub. Robotun ərsəyə gətirdiyi rəsm əsərləri texnologiyalar dövründə rəssam olmağın nə demək olduğu məsələsində müzakirələrə səbəb olurlar. Qalerist Aidan Meller-in sözlərinə əsasən hərracdan əldə edilmiş bütün vəsait bu layihənin inkişaf etdirilməsinə sərf ediləcək. Meller bildirib ki, onların Ai-Da üçün innovasiyalı ideyaları var və həmin ideyalar gələn il reallaşdırılacaq.
Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
