Süni zəka güclü zəlzələni 3 ay öncədən proqnozlaşdırmağı öyrənib
Süni İntellekt
16.09.2024
Emil Nəcəfov
ABŞ-ın Alyaska ştatının Ferbanks şəhərində yerləşən Alyaska Universitetinin mütəxəssisləri təyin ediblər ki, süni bbaş verəcək zəlzələni bir neçə gün və hətta bir neçə ay öncədən proqnozlaşdıra bilir. Mütəxəssislər aşkar ediblər ki, machine learning texnologiyası təbii fəlakətlər barəsində hesabatlardakı məlumatları analiz edərək güclü zəlzələlərin baş vermələrindən öncə onların özəlliklərinə dair markerləri identifikasiya edə bilir. Bu fikrin effektivliyini yoxlamaq üçün mütəxəssislər Alyaska və Kaliforniyada baş vermiş iki güclü zəlzələni analiz ediblər.
Daha sonra onlar anomal seysmik aktivliklərin identifikasiyası məqsədi istiqamətində məlumatların axtarışı ilə məşğul ola bilən kompüter alqoritmini hazırlayıblar. Alqoritm öz növbəsində süni zəkaya proqnozların və qərarların formalaşdırılması üçün məlumatların effektiv interpretasiyası imkanını verir. Məlum olub ki, analizi aparılmış zəlzələlərin baş vermələrindən 3 ay əvvəl anomal seysmik aktivlik yarana bilər. Həmin anomal seysmik aktivlik Cənubi Mərkəzi Alyaska və Cənubi Kaliforniya ərazilərinin 15-25%-də təyin edilib.
Alyaskanın Ankoric şəhərində zəlzələ 30 noyabr 2018-ci il tarixində baş vermişdi. Süni zəka vasitəsilə alimlər təyin ediblər ki, anomal seysmik aktivliyin aşkar edilməsi baş verə biləcək güclü zəlzələnin 3 aydan öncə proqnozlaşdırma ehtimalını 80% yüksəldir. Kaliforniyanın Rickrest şəhərində olmuş zəlzələlərin araşdırılması da bu təbiət hadisəsinin 40 gün öncədən 80%-lik ehtimalla proqnozlaşdırılmasına imkan verib. İndi isə mütəxəssislər bu texnologiyanı reallığa yaxın olan şərtlər altında test etməyi nəzərdə tutublar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Oracle, yeni süni intellekt məlumat mərkəzi üçün 3 nüvə reaktorundan istifadə edəcək!
Oracle, yeni süni intellekt məlumat mərkəzi üçün 3 nüvə reaktorundan istifadə edəcək!
Süni intellekt məlumat mərkəzlərinin enerji ehtiyacları sistem miqyası ilə tədricən artır. Oracle, yeni süni intellekt məlumat mərkəzi üçün 3 nüvə reaktorundan istifadə etməyi planlaşdırır.
OpenAI insan düşüncəsini imitasiya edə bilən yeni süni zəka modelini təqdim edib
OpenAI insan düşüncəsini imitasiya edə bilən yeni süni zəka modelini təqdim edib
OpenAI şirkəti əsaslandırma və tapşırıqları məntiqi yolla həll etmə bacarıqlarına sahib yeni süni zəka modelini təqdim edib. Yeni süni zəka modeli o1 adlanır.
OpenAI yeni süni zəka sistemini növbəti 2 həftə ərzində istifadəyə verə bilər
OpenAI yeni süni zəka sistemini növbəti 2 həftə ərzində istifadəyə verə bilər
Artıq məlumdur ki, OpenAI şirkəti Strawberry adlı yeni süni zəka sistemini istifadəyə verməyə hazırlaşır və bu süni zəka sistemi ChatGPT çat-botunun tərkibində istifadəyə veriləcək.
Tələbələrin hətta özlərini tanıtmaq üçün də ChatGPT-dən istifadə etdikləri ortaya çıxıb!
Tələbələrin hətta özlərini tanıtmaq üçün də ChatGPT-dən istifadə etdikləri ortaya çıxıb!
Bir professorun verdiyi "özünü təqdim et" tapşırığını yerinə yetirmək üçün tələbələrin ChatGPT-dən istifadə etmələri mübahisələrə səbəb olub.
OpenAI tərəfindən hazırlanan yeni ChatGPT Next-in abunəlik haqqı 2000 dollara ola bilər!
OpenAI tərəfindən hazırlanan yeni ChatGPT Next-in abunəlik haqqı 2000 dollara ola bilər!
OpenAI-nin bu payızda yeni nəsil süni intellekt modellərini bazara çıxaracağı gözlənilir. Son məlumatlara görə, yeni dil modelləri üçün aylıq abunə haqqı 2000 dollar kimi yüksək qiymətlə gələ bilər.
Həftənin xəbərləri
WhatsApp-da çat siyahılarının yaradılması funksiyası istifadəyə verilib
Dünyanın ən təhlükəli sosial media platforması açıqlanıb!