Süni zəka hər il milyonlarla ton elektron tullantının formalaşmasına səbəb olacaq
Süni İntellekt
30.10.2024
Emil Nəcəfov
İsrailin Reichman Universitetinin mütəxəssislərinin sözlərinə əsasən generativ süni zəkaya olan aşırı maraq özündə müəyyən mənfi nəticələri birləşdirir. Mütəxəssislər ilk dəfə süni zəkanın formalaşan elektron tullantıların həcminə necə təsir göstərdiyini qiymətləndiriblər. Məlum olub ki, bu onilliyin sonuna kimi süni zəka hər il 5 milyon ton həcmində elektron tullantının yaranmasına səbəb olacaq. Müxtəlif statistikalara əsasən hər il planetimizdə minimum 60 milyon ton həcmində elektron tullantı formalaşır. Paltaryuyan maşınlar və kondisionerlərdən tutmuş kompüter və smartfonlara kimi. Bu onilliyin sonuna kimi isə süni zəka texnologiyası bu elektron tullantı həcminə hər il əlavə 1.2-5 milyon ton elektron tullantını əlavə edəcək.
Tullantıların təhlükəsiz şəkildə emal edilməsi problemi hələ həll edilmədiyi üçün əlavə həcmdə tullantılar daha da ciddi problemlərə səbəb ola bilərlər. Bu problemi bir qədər yumşaldacaq strategiyalar mövcuddur. Lakin onların reallaşdırılması dövlətlərdən və istehsalçılardan asılıdır. İlk öncə başa düşmək lazımdır ki, tullantıların emalı ucuz başa gəlmir. Bunun üçün müəyyən məbləğdə vəsait ödəmək lazımdır. Elektron tullantılar sağlamlıq və ətraf mühit üçün təhlükəli olan maddələrdən təşkil edilib. Onlara misal olaraq civəni, kadmiumu və qurğuşunu gətirmək olar. Bu cür zərərli komponentləri təhlükəsiz şəkildə emal etmək üçün xüsusi şərtlərin və bu işlə məşğul olan insanların qorunmasının təmin olunması lazımdır.
Günümüzdə elektron tullantıların emalı prosesi ilə kasıb ölkələrdəki insanlar məşğul olurlar. Bu cür ölkələrdə insanlar ehtiyac səbəbilə zərərli maddələrdən ola biləcək təhlükəni gözardı edirlər. Qızıl, gümüş, mis və digər dəyərli metallar əldə ediləndən sonra elektron tullantıların zərərli maddələrə sahib qalıqları sadəcə olaraq müxtəlif yerlərə atılır. Süni zəka dedikdə isə onun aktiv inkişafı nəticəsində olacaq elektron tullantılara videokartlar, prosessorlar, platalar, yaddaş sistemləri və s. daxil olacaqlar. Bu cür təchizatların produktiv çalışma müddətləri adətən 2 il təşkil edir. Digər tərəfdən bu cür təchizatların istehsalçıları onların produktiv çalışma müddətlərini 5 ilə kimi uzatma imkanına sahibdirlər. Bu məsələdə hər şey istehsalçılardan asılı olaraq qalır. Onlar bu mövzuda öz üzərlərinə daha çox məsuliyyəti götürməlidirlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Elon Musk-ın 100.000 GPU-lu superkompüteri ilk dəfə görüntülənib! (VİDEO)
Elon Musk-ın 100.000 GPU-lu superkompüteri ilk dəfə görüntülənib! (VİDEO)
Elon Musk-ın tamamlanması 122 gün davam edən və 100.000 GPU ilə təchiz olunmuş xAI Colossus superkompüteri ilk dəfə ictimaiyyətə təqdim edilib. Bir YouTuber, təsisi gəzərək görüntülərini paylaşıb.
Tədqiqatçılar OpenAI-nin tibbdə istifadə olunan alətinin yalan söylədiyi barədə xəbərdarlıq ediblər!
Tədqiqatçılar OpenAI-nin tibbdə istifadə olunan alətinin yalan söylədiyi barədə xəbərdarlıq ediblər!
OpenAI-nin səs aləti Whisper, tibb mərkəzlərində xəstə müsahibələrini transkripsiya etmək üçün geniş istifadə olunur. Ancaq yeni hesabata görə, alət bəzən qeydlərdə olmayan ifadələr və səhv məlumatlar əlavə edə bilir.
Mars üçün "neyromorfik" süni intellekt sınaqdan keçirilir!
Mars üçün "neyromorfik" süni intellekt sınaqdan keçirilir!
Avropa Kosmos Agentliyi (ESA) Mars gəzinti layihəsində neyromorfik süni zəka tətbiq etməyi planlaşdırır. Bu süni zəka sistemi ilə cihaz yalnızca millisaniyələr içində ətrafını anlaya biləcək.
OpenAI şirkəti GPT-4-dən 100 dəfə güclü olacaq süni zəka modelinin təqdimatına hazırlaşır
OpenAI şirkəti GPT-4-dən 100 dəfə güclü olacaq süni zəka modelinin təqdimatına hazırlaşır
OpenAI şirkəti Orion kod adına sahib yeni süni zəka modelini təqdim etməyə hazırlaşır. Bunun ya bu ilin sonuna kimi ya da gələn il baş tutacağı gözlənilir.
14 yaşlı bir uşağın ölümündə süni intellekt günahkar görülüb!
14 yaşlı bir uşağın ölümündə süni intellekt günahkar görülüb!
14 yaşlı bir uşağın intiharında Character.AI-ı günahlandıran ana, süni zəka şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!