Logo
    main-post-cover

    Süni zəka insanlar arasındakı bərabərsizlik səviyyəsini böyüdə bilər

    Süni İntellekt
    17.01.2024
    Emil
         Beynəlxalq Valyuta Fondunun (BVF) analizlərinə əsasən süni zəka qlobal miqyasda iş yerlərinin 40%-nə təsir göstərə və insanlar arasındakı bərabərsizlik səviyyəsini yüksəldə bilər. BVF-nin icraçı direktoru Kristalina Georgieva-nın sözlərinə əsasən süni zəka texnologiyalarının inteqrasiya ssenarilərinin əksəriyyəti insanlar arasındakı ümumi bərabərsizliyin böyüməsinə səbəb olacaq. Kristalina Georgieva gələcəkdə sosial gərginliyin baş verməməsi üçün siyasətçiləri bu narahatedici tendensiyaya diqqət ayırmağa səsləyib.
          BVF-in proqnozlarına əsasən süni zəka texnologiyası inkişaf etmiş ölkələrdəki iş yerlərinin 60%-nə təsir göstərəcək. Bəzi hallarda süni zəka inteqrasiyası hesabına işçilərin produktivliklərinin artması, digər hallarda isə real işçilərin süni zəka ilə əvəzlənməsi gözlənilir. Bu öz növbəsində işçi qüvvəsinə tələbatın azalmasına və bəzi peşələrin ümumiyyətlə yoxa çıxmasına səbəb ola bilər. Bununla belə inkişafda olan ölkələrdəki iş yerlərinin 26%-i süni zəkanın təsiri altına düşə bilər. İnkişafda olan ölkələrdə faiz göstəricisinin daha az olması lazımi infrastrukturun olmaması və lazımi səviyyədə kadrların çatışmazlığı ilə əlaqələndirilir.
    Paylaş