Süni zəka keçən ay təkcə ABŞ-da 3900 nəfər işçinin ixtisarına səbəb olub

Süni zəka keçən ay təkcə ABŞ-da 3900 nəfər işçinin ixtisarına səbəb olub

Süni zəka və Elm
02.06.2023 PAYLAŞIM

    İT sahənin mütəxəssisləri son zamanlardan dəfələrlə qeyd edirlər ki, süni zəka sistemlərinin inkişafı əmək bazarını tamamilə dəyişəcək. Yaxın gələcəkdə bəzi peşələrin öz aktuallıqlarını itirə biləcəklərinə baxmayaraq onları yeni peşələr əvəz edəcək. May ayı üzrə olan statistikadakı məlumatlara əsasən keçən ay süni zəka təkcə ABŞ-da artıq 3900 iş yerinin ixtisar olunmasına səbəb olub. Əmək bazarı üzrə yeni hesabat Challenger, Gray & Christmas adlı konsaltinq şirkəti tərəfindən tərtib edilib. ABŞ-ın əmək bazarında planlı ixtisarlar 417 500 nəfər insanı əhatə edib və uzun illər ərzində olmuş müşahidələr çərçivəsində ilk dəfə məlum olub ki, bunun əsas səbəbi süni zəka texnologiyasıdır.

    Müxtəlif şirkətlərin bu texnologiyanı öz iş proseslərinə inteqrasiya etmələri səbəbilə təkcə may ayında 3900 nəfər insan öz iş yerindən məhrum olub. Newedge WealthGoldman Sachs şirkətlərinin analitiklərinin qiymətləndirmələrinə əsasən generativ süni zəka ilə bağlı əmək bazarının həcmi gələcəkdə 1.3 trilyon dollara çatacaq. 2035-ci ilə qədər isə bu cür süni zəka sistemlərinin daha geniş yayılması 300 milyon iş yerinin ixtisar olunmasına səbəb olacaq. Lakin bununla belə əmək bazarının produktivliyi daha da artacaq. Maraqlısı ondadır ki, 2013-cü ildə işçilərin planlı ixtisarı biznesin yenidən təşkili və ya onun bağlanması və xərclərin azaldılması səbəbilə baş vermişdi. 




DAHA ÇOX


OPPO-nun süni zəka alqoritmi GPT-4 ilə eyni səviyyədə rəqabət aparır

Süni zəka dedikdə ilk növbədə ağıla Google, Microsoft, Meta, NVIDIA. OpenAI kimi şirkətlər gəlir...


Hidrogen yanacaq və CO2-nin atmosferdən yığılması qlobal istiliyin qarşısını ala..

Beynəlxalq Energetika Agentliyi (IEA) 2050-ci ilə kimi karbon neytrallığının əldə edilməsi üçün yeni..


Meta şirkəti sabah süni zəka əsaslı çat-botunu təqdim edəcək

Meta şirkəti artıq sabah Connect adlı tədbirinə start verəcək.


Erkən kainatda Süd Yoluna bənzər disk formalı qalaktikaların sayı daha çox imiş..

James Webb kosmik teleskopunun istifadəyə verilməsindən öncə hesab edilirdi ki, kainatın 6 milyard i..


Yupiterin peyki Avropada potensial bioloji həyat növünə işarə edən faktor aşkar ..

James Webb kosmik teleskopu təkcə kosmosun dərinliklərini araşdırmaq üçün nəzərdə tutulmayıb...


Joe Biden süni zəkadan istifadə qaydalarının yaradılması üçün dünya liderlərinə ..

BMT Baş Assambleyasında çıxışı zamanı ABŞ prezidenti Joe Biden süni zəka sahəsində əməkdaşlığın quru..

×