Logo
    main-post-cover

    Süni zəka məşhur rəsm əsərinin müəyyən hissəsinin tanınan rəssam tərəfindən çəkilmədiyini təyin edib

    Süni İntellekt
    25.12.2023
    Emil
         Alimlərdən ibarət beynəlxalq qrup süni zəka alqoritmindən istifadə edərək məşhur italyan rəssam Rafael Santi-nin Madonna della Rosa” adlı rəsm əsərində əks olunmuş İosif adlı personajın üz hissəsinin dahi rəssam tərəfindən çəkilmədiyini təyin ediblər. Daha öncə bəzi mütəxəssislər ehtimal edirdilər ki, sözügedən rəsm əsəri üzərində Rafael-dən əlavə olaraq onun şagirdi olmuş Culio Romano da çalışıb. Mütəxəssislərdə bu mövzu ilə bağlı şübhəni rəsm kətanının aşağısındakı qızılgül hissəsi yaradırdı.
         Nəticədə mütəxəssislər Rafael-in rəsm əsərlərini 98% dəqiqliklə təyin etməyi bacaran süni zəka alqoritmini yaratdılar. Alqoritm rəssamın rəsm çəkmə üslubunun rəng palitrasını, kölgələrini və digər özəlliklərini analiz edir. Sözügedən alqoritmin “Madonna della Rosa” adlı rəsm əsərinə tətbiqi sayəsində müəyyən edilib ki, rəsm əsərində əks olunmuş İosif adlı personajın üz hissəsi Rafael-in rəsm çəkmə üslubuna uymur. Lakin bununla belə alqoritm təyin edib ki, rəsm əsərinin aşağı hissəsi Rafael-in özü tərəfindən çəkilib. 
    Paylaş