Süni zəka məşhur rəssamların rəsm çəkmə tərzlərini kopyalamağı öyrənib (VİDEO)

Süni zəka məşhur rəssamların rəsm çəkmə tərzlərini kopyalamağı öyrənib (VİDEO)

Süni zəka və Elm
20.06.2020 PAYLAŞIM

    Sənətşünasların fikirlərinə əsasən hər bir istedadlı rəssam özünün unikal rəsm çəkmə tərzinə sahibdir. Yaradılmış yeni neyron şəbəkəsi isə məşhur müəlliflərin rəsm əsərlərini yaratmaqla yanaşı bunu həmin rəsm əsərlərinin çəkilmə ardıcıllığı ilə reallaşdırmağı da bacarır. Bu barədə Engadget saytı xəbər verib. Timecraft adlı machine learning sistemi Massaçusets Texnoloji İnstitutunun süni zəka laboratoriyasının (MIT CSAIL) proqramçıları tərəfindən yaradılıb.

    Tədqiqatçılar yaradılmış bu süni zəkaya ümumi xronometrajı 200 saat olan video sərgiləyiblər. Həmin videoda rəqəmsal və akvarel rəsmlərin çəkilmə prosesləri slow-mo rejimdə əks olunublar. Daha sonra əldə olunmuş məlumatlar əsasında rəsm əsərlərini çəkə bilən neyron şəbəkəsi yaradılıb. 90% ehtimalda bu süni zəka sistemi tapşırığın öhdəsinən hal hazırda mövcud olan analoqlardan daha yaxşı gəlir.


    Bununla yanaşı təcrübə zamanı sözügedən süni zəka sistemi insanları da aldatmağı bacarıb. Belə ki, insanlar elə hesab edirdilər ki, onların qarşısında olan rəsm əsərləri insan tərəfindən çəkilib. Halbuki həmin rəsm əsərləri bu süni zəka sistemi tərəfindən yaradılıb. Hazırki mərhələdə süni zəka yalnız video vasitəsilə öyrənilmiş rəsm əsərlərinin yüksək səviyyədə kopyalarını yarada bilir. Proqramçıların fikirlərinə əsasən bu süni zəka sistemindən rəsm çəkmə tarixinin təlimçisi kimi istifadə etmək olar. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qlobal istiləşmənin yeni təhlükəsi xroniki böyrək xəstəlikləri epidemiyasıdır..

Həkimlərin sözlərinə əsasən temperaturun qlobal yüksəlişi yaxın onilliklər ərzində davam etsə, yüksə..


İnsanlar hətta işıq sürəti ilə belə qalaktikaların 96%-nə çata bilməyəcəklər..

Bigthink adlı məşhur saytın hesablamalarına əsasən əgər insanlar işıq sürəti ilə səyahət etmək imkan..


Çinin Aydakı avtonom stansiyası Ay torpağından oksigen əldə edə bilib

“Chang’e 5” missiyası çərçivəsində Çinin planetlərarası avtomatik stansiyası Ay torpağından oksigen ..


Çinin yeni radioteleskopu rekord sayda təkrarlanmış radioşüalanmaları müşahidə e..

Çinin 500 metr ölçüsündə olan FAST adlı yeni radioteleskopu müşahidə olunan ən aktiv və sürətli radi..


Kainatın ən qorxunc sahələri: Kosmik boşluqlar nədir?

Kosmik boşluqlar (void) qalaktik bağlar arasında olan geniş sahələrdir və bu sahələrdə qalaktikalar,..

×