Logo
    main-post-cover

    Süni zəka modeli yalnız smartfon resurslarından istifadə edərək pişik fotosunu yarada bilib (VİDEO)

        Mətn formatında təsvirlər əsasında fotoların yaradılması ilə məşğul olan generativ süni zəka modellərinin çalışmaları üçün adətən güclü videokarta sahib kompüter və ya məlumatların emalı mərkəzi lazım olur. Lakin Qualcomm şirkəti Snapdragon 8 Gen 2 prosessoruna sahib Galaxy S23 smartfonunda Stable Diffusion adlı süni zəka modelini işə sala bilib. Təqdim edilmiş videodan da görmək olar ki, Stable Diffusion-a “bədəni zireh ilə əhatə edilmiş döyüşçü pişik” fotosunu yaratmaq tapşırığı verilib.
        Galaxy S23 smartfonunda işə salınmış süni zəka modeli bu tapşırığın öhdəsindən 14.42 saniyəyə gəlib. Bu göstərici isə süni zəka modellərinin kompüterlərdə sərgilədikləri göstəriciyə çox yaxındır. Proqram təminatının mobil prosessorda optimizasiyası üçün məlumatların “kvantlaşdırılması” üsulundan istifadə edilib. Yəni məlumatların sayı mətn formatında təsvirin təqdim edilməsindən öncə iki dəfə çoxaldılıb. Bunun sayəsində süni zəka modelinin performansını yüksəltmək, RAM yaddaşı resurslarının və enerji sərfiyyatını aşağı salmaq mümkün olub. Smartfonda çalışma prosesi çərçivəsində Stable Diffusion 512x512 piksel keyfiyyətində fotolar tərtib edə bilir.
    Paylaş
    Bənzər xəbərlər