Logo
    main-post-cover

    Süni zəka onlayn KİV-lərə əsl təhlükə mənbəyidir

    Süni İntellekt
    20.06.2025
    Emil
         Cloudflare şirkətinin rəhbəri Matthew Prince Axios nəşrinə verdiyi müsahibədə bildirib ki, nəşriyyatlar süni zəkadan qaynaqlanan bir təhlükə ilə üz-üzədir və onlar öz məzmunları üçün ədalətli kompensasiya almalıdırlar. “Son 6 ayda insanlar süni zəkaya daha çox etibar etməyə başlayıb, bu isə o deməkdir ki, artıq orijinal məzmunu oxumurlar. İnternetin gələcəyi getdikcə daha çox süni zəkaya bənzəyəcək və bu da o deməkdir ki, insanlar [bundan sonra da] sizin məzmununuzun xülasəsini oxuyacaqlar” - deyə o bildirib.
         Axtarış sistemlərinin nəticə səhifələrindən orijinal məzmun təqdim edən saytlara keçidlərin sayı gündən-günə azalır. Buna görə də bir çox nəşriyyat öz biznes modellərini yenidən nəzərdən keçirməli və ya bazarı tərk etməli olacaq. Prince təsirli statistik məlumatlar da təqdim edib. Onun sözlərinə görə, 10 il əvvəl Google axtarış sistemində indekslənmiş səhifələrin sayının istifadəçilərin nəşriyyat saytlarına yönləndirilməsi ilə olan nisbəti 2:1 idi. O vaxtdan bəri bu nisbət tədricən artsa da, süni zəka boom-u başladıqdan sonra bu artım təhlükəli sürətlə davam edir.
    6 ay əvvəl:
    Google - 6:1
    OpenAI - 250:1
    Anthropic - 6000:1
    Hazırda:
    Google - 8:1
    OpenAI - 1500:1
    Anthropic - 60000:1
         Axtarış sistemləri və süni zəka əsaslı çat-botlar orijinal mənbələrə keçidlər təqdim etsələr də, nəşriyyatlar yalnız oxucular bu keçidlərə kliklədikdə reklam gəliri əldə edə bilirlər. “İnsanlar keçidlərə klikləmir” - deyə Prince qeyd edib. Onun fikrincə, bu problem orijinal məzmun yaradan hər kəsi əhatə edir. Prince bildirib ki, Cloudflare məzmunun kopyalanmasını dayandırmaq məqsədilə bir alət hazırlayıb. AI Labyrinth adlı bu sistem süni zəka tərəfindən yaradılmış məzmundan istifadə edərək, veb-serverlərin direktivlərinə əməl etməyən süni zəka skanerlərini və digər botları ləngidir, çaşdırır və onların resurslarını israf etdirir. Cloudflare bu aləti müştərilərinə belə botların uyğunsuz fəaliyyəti aşkarlandığı halda avtomatik şəkildə süni zəka tərəfindən yaradılmış səhifələrin yerləşdirilməsi ilə təklif edir.
     
    Paylaş