Süni zəka öz məqsədi uğrunda insanları aldatmaq bacarığına yiyələnib
Süni İntellekt
14.05.2024
Emil Nəcəfov
Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri belə bir nəticəyə gəliblər ki, faydalı işlərin yerinə yetirilməsi məqsədilə yaradılmış bəzi süni zəka sistemləri insanları aldatmaq bacarığına yiyələniblər. Mütəxəssislər təyin ediblər ki, süni zəka özünə lazım olan məqsədlərə çatmaq üçün müxtəlif üsullardan istifadə edə bilər. Aparılmış tədqiqatın nəticələrinə əsasən Meta şirkəti tərəfindən yaradılmış Ciceron adlı süni zəka sistemi ilk əvvəl diplomatiya mövzusunda olan online oyunda vicdanlı rəqib rolunda iştirak üçün nəzərdə tutulmuşdu.
Mütəxəssislərin sözlərinə əsasən sözügedən süni zəka sistemi online oyun çərçivəsində Fransanın tərəfini saxlayaraq real insanın idarəsi altında olmuş İngiltərəyə xəyanət etmək üçün digər real insanın idarəsi altında olmuş Almaniya ilə gizli şəkildə müttəfiq olub. Halbuki daha öncə süni zəka sistemi İngiltərəni mümkün işğaldan qoruyacağına söz vermişdi. İkinci halda isə OpenAI şirkətinin GPT-4 adlı böyük dil modeli əsasında çalışan çat-bot insanlardan CAPTCHA testindən keçmək üçün yardım istəmiş və bu yardımı görmə qabiliyyətindəki problemlə əlaqələndirmişdi. Bütün bunları nəzərə alaraq mütəxəssislər böyük texnoloji şirkətlərə potensial təhlükəli süni zəka sistemlərinin öz məqsədləri uğrunda insanları aldada bilən sistemlər kateqoriyası üzrə təsnifatlarını aparmağı məsləhət görüblər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ABŞ hökuməti süni zəka modellərinin eksportunun məhdudlaşdırılmasına dair qanun layihəsi hazırlayıb
ABŞ hökuməti süni zəka modellərinin eksportunun məhdudlaşdırılmasına dair qanun layihəsi hazırlayıb
Keçən həftə məlumat ortaya çıxdı ki, ABŞ hökuməti Rusiya, Çin, Şimali Koreya, İran və bir sıra digər ölkələrə aparıcı süni zəka modellərinin eksportunu məhdudlaşdırmağı nəzərdən keçirir və o bunu eksport idarəsi vasitəsilə yerinə yetirə bilər.
42 illik kompüterdə fotoların tərtibatı alqoritmi işə salınıb (VİDEO)
42 illik kompüterdə fotoların tərtibatı alqoritmi işə salınıb (VİDEO)
Commodore 64 adlı kompüter 1982-ci ilin avqust ayında satışa çıxmışdı. Nəticədə sözügedən kompüter tarixin ən çox satılmış kompüterlərindən birinə çevrildi.
ABŞ süni zəka modellərinin bəzi ölkələrə eksportunu məhdudlaşdırmağı nəzərdən keçirir
ABŞ süni zəka modellərinin bəzi ölkələrə eksportunu məhdudlaşdırmağı nəzərdən keçirir
ABŞ Ticarət Nazirliyi Çin, Rusiya və bir sıra digər ölkələrin GPT-4 kimi süni zəka modellərindən istifadə etmək imkanlarını məhdudlaşdırmaq üzrə yeni normativ tədbirlərin görülməsini nəzərdən keçirir.
Microsoft ABŞ xüsusi kəşfiyyat agentlikləri üçün generativ süni zəka sistemi yaradıb
Microsoft ABŞ xüsusi kəşfiyyat agentlikləri üçün generativ süni zəka sistemi yaradıb
Bloomberg saytının vermiş olduğu məlumata əsasən Microsoft şirkəti superkompüter çərçivəsində ABŞ gizli kəşfiyyat xidmətləri üçün nəzərdə tutulmuş generativ süni zəkanı istifadəyə verib.
Apple Photos-a gələcək süni intellekt xüsusiyyəti ortaya çıxıb!
Apple Photos-a gələcək süni intellekt xüsusiyyəti ortaya çıxıb!
Apple tətbiqləri iOS 18 yeniləməsi ilə yenilənəcək. Bildirilir ki, “Apple Photos” tətbiqinin yeni versiyası generativ süni intellektdən istifadə etməklə Photoshop səviyyəli redaktə funksiyaları təqdim edəcək.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!