main-post-cover

    Süni zəka prosessorların güclərini 1000 dəfə yüksəldəcək

    Süni İntellekt
    28.08.2021
    Farid Pardashunas
        Synopsys şirkətinin icraçı direktoru kompüter prosessorlarının gələcəkləri barəsində maraqlı bəyanat verib. Onun fikrincə növbəti 10 il ərzində süni zəka alqoritmlərinə əsaslanan layihələşdirmə texnologiyaları prosessorların güclərinin daha çox artmasına səbəb olacaqlar. Prosessorların ənənəvi hazırlanması üsulları məşhur Mur qanununun (inteqral sxemin kristalı üzərinə yerləşdirilmiş tranzistorların sayı hər 24 aydan bir 2 dəfə artır) proqnozlaşdırdığı dinamikanı dəstəkləmək imkanına sahib deyillər. Hər 2 ildən bir prosessorların performanslarının 2 dəfə yüksəlmələri artıq uzun müddətdir ki, müşahidə olunmur.
        Bu isə o deməkdir ki, prosessorların hazırlanması məsələsində yeni dövrə qədəm qoymağın vaxtı gəlib çatıb. Synopsys şirkəti mikrosxemlərin layihələşdirilməsi üçün nəzərdə tutulmuş proqram təminatlarının hazırlanması sahəsində lider şirkətlərdən biri hesab edilir. Bu şirkətin icraçı direktorunun fikrinə əsasən prosessorların performansları məsələsində növbəti innovasiyalı həll məhz süni zəka vasitəsilə reallaşdırılacaq. İcraçı direktorun sözlərinə əsasən Synopsys şirkəti mikrosxemlərin yaradılmasında artıq süni zəka texnologiyasından istifadə edir.
        Bu isə öz növbəsində insanlar tərəfindən yaradılmış mikrosxemlərdən fərqli olaraq daha yüksək performans göstəricilərini əldə etməyə şərait yaradıb. Onun proqnozuna əsasən artıq 10 ildən sonra süni zəka tərəfindən elə bir prosessor yaradılacaq ki, o, hal hazırki modellərdən 1000 dəfə daha performanslı olacaq. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Samsung şirkəti elan etmişdi ki, yeni nəsil Exynos prosessorlarının yaradılması üçün o, Synopsys şirkətinin alqoritmlərindən istifadə edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər