Süni zəka sistemi uşaqlarda autizm xəstəliyini göz skanı vasitəsilə təyin edə bilir

Süni zəka sistemi uşaqlarda autizm xəstəliyini göz skanı vasitəsilə təyin edə bilir

Süni zəka və Elm
22.03.2021 PAYLAŞIM

    Uşaqlarda autizm xəstəliyinin diaqnostikası çox qəliz prosesdir. Bu proses bir sıra problemlərlə birləşir və həmin problemlər həmçinin uşaqların valideynlərini də əhatə edirlər. Bir neçə müddət bundan öncə isə autizmin təyin olunması üçün nəzərdə tutulmuş yeni üsul ortaya çıxıb. Sözügedən yeni üsul machine learning süni zəka texnologiyalarını özündə birləşdirir. Rəsmi məlumatlara əsasən Honkonqda autizmin diaqnostikası və onun təyin olunması prosesləri 80 həftə çəkir. Bütün bu müddət ərzində uşaqlar ixtisaslı psixoloq yardımı əldə edə bilərdilər.

    Lakin bürokratiyada olan bir sıra boşluqlar və digər problemlər səbəbilə uşaqların səhhətləri daha da pisləşirlər. Bundan əlavə olaraq valideynlər son ana qədər təyin edilmiş diaqnoza inanmaqdan vaz keçirlər və bu problemi görməzdən gəlirlər. Honkonqda yerləşən Çin Universitetinin professorlarından birinin sözlərinə əsasən gözün skan olunmasına əsaslanan yeni üsul təhlükəli xəstəliyin təyin edilməsi prosesini sürətləndirəcək. Bu isə öz növbəsində xəstəliyin ilkin vaxtlarında müalicə prosesinə keçid etməyə imkan vercək. Belə ki, xəstəliyin ilkin mərhələsində müalicə prosesi daha asan şəraitdə keçir.


    Yeni üsul machine learning sistemi əsasında hazırlanmış proqram təminatı vasitəsilə çalışan yüksək keyfiyyətli kamera sensoruna əsaslanır. Machine learning sistemi gözdəki liflərin layları və qan damarları kimi bir sıra faktorları analiz edir. Bu texnologiya hətta xəstəliyə meylli olan və ya autizmin simptomlarına hələ sahib olmayan uşaqları da təyin etməyi bacarır. Yaradılmış yeni elektron aparat artıq elmi cəmiyyət tərəfindən bəyənilib. Təcrübə çərçivəsində də mütəxəssislər yeni texnologiyanın effektivliyini təsdiqləyiblər. Belə ki, təcrübədə 70 nəfər uşaq iştirak edib və sözügedən texnologiya 95.7%-lik dəqiqliklə autizm diaqnozunu təyin etməyi bacarıb. Bu isə adi psixiatrın müşahidələrindən daha yüksək göstəricidir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yüksək sürətdə asteroidlə toqquşması planlaşdırılan DART aparatı uğurla kosmosa ..

Bugün səhər saatlarında ABŞ-ın Kaliforniyadakı Vandenberq adlı Kosmik Qüvvələr bazasından SpaceX-in ..


Alimlər Mars üçün süni maqnit sahəsinin yaradılmasını təklif ediblər

ABŞ-ın Milli Radio Astronomiya Rəsədxanasından olan alimlər Marsın peyki olan Fobosdan istifadə edər..


ABŞ Ayda atom elektrostansiyasını istifadəyə verməyi planlaşdırır

NASA agentliyi ABŞ-ın Energetika Nazirliyinin Aydaho Milli Laboratoriyası ilə birlikdə Ayda atom ele..


Tarixdə ikinci dəfə pasient heç bir dərman qəbul etmədən İİV-dən (HIV) tamamilə ..

İndiyənə kimi İİV-dən əziyyət çəkmiş yalnız 2 şəxs sümük iliyinin transplantasiyası sayəsində İİV-də..


Alimlər Mars şəraitinə yaxın olan şərtlər altında pomidor yetişdirə biliblər (Vİ..

Müxtəlif növ souslarının istehsalçısı olan Heinz şirkəti Florida Tenxologiya İnstitutunun tədqiqatçı..


NASA agentliyi 'Artemis' proqramı çərçivəsində astronavtların Aya uçuşlarını 202..

NASA astronavtların Aya geri dönüşlərini 2024-cü ildən 2025-ci ilə təxirə salıb.

×