main-post-cover

    Süni zəka tərəfindən tərtib edilmiş mətnləri demək olar 100%-lik dəqiqliklə təyin edən alqoritm yaradılıb

    Süni İntellekt
    09.06.2023
    Farid Pardashunas
        ABŞ-ın Kanzas Universitetinin mütəxəssisləri alimlər tərəfindən yazılmış elmi məqalələri və s. materialları süni zəka tərəfindən tərtib edilmiş materiallardan demək olar 100%-lik dəqiqliklə fərqləndirə bilən alqoritmi yaradıblar. ChatGPT-nin istifadəyə verilməsindən sonra məktəblilər və tələbələr ev tapşırıqlarının və kurs işlərinin yazılması mövzusunda ondan aktiv şəkildə istifadə etməyə başladılar. Bu səbəbdən mütəxəssislər özlərinəı sual verdilər ki, süni zəka tərəfindən tərtib edilmiş mətni necə tanımaq olar?
        Bunun üçün onlar tərtib edilmiş materialın mənşəyini 20 faktor əsasında təyin etməyi bacaran nisbətən sadə alqoritm yaratdılar. İlk öncə Kanzas Universitetinin mütəxəssisləri yaradılmış süni zəka alqoritmini Science jurnalındakı məqalələr vasitəsilə təlimatlandırıblar. Daha sonra onlar alqoritmə elmi məqalənin tərtib edilməsi tapşırığını veriblər. Alqoritm tərəfindən tərtib edilmiş materialın strukturu mütəxəssislər tərəfindən fərdi şəkildə yoxlanılıb. Yoxlama zamanı onlar bir neçə maraqlı qanunauyğunluğa rast gəliblər.
        Məlum olub ki, insanlar paraqrafların və zərflərin daha qəliz strukturlarından istifadə edirlər. Süni zəka isə bunu etmir. Belə ki, alqoritm öz növbəsində materiallarda daha çox “tədqiqatçılar” və “digərləri” sözlərindən istifadə edir. Alimlər isə adətən bu cür sözlərdən istifadə etmirlər. Nəticədə mütəxəssislər tərəfindən bu məlumatlar əsasında yaradılmış alqoritm bütöv mətnlərin analizi çərçivəsində 99%-lik dəqiqlik, ixtiyari paraqrafların analizi çərçivəsində isə 92%-lik dəqiqlik sərgiləyib. Mütəxəssislərin sözlərinə əsasən eyni üsul ilə digər növ mətnlərdə ChatGPT-nin və ya digər süni zəka sistemlərinin izlərini aşkar edə biləcək alqoritmi yaratmaq olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər