
Süni zəka tərəfindən yaradılmış sənət əsəri müəllif hüquqları ilə qoruna bilməz
Süni İntellekt
22.08.2023
Emil
ABŞ dairə məhkəməsinin hakimi Beryl A. Howell-in qərarına əsasən süni zəka tərəfindən yaradılmış sənət əsəri müəllif hüquqları vasitəsilə qoruna bilməz. Məlumata əsasən Beryl A. Howell ixtiraçı Stephen Thaler tərəfindən ABŞ Müəllif Hüquqları Bürosuna qarşı qaldırılmış məhkəmə iddiası prosesinə hakimlik edib. Məlumata əsasən Stephen Thaler özünün yaratmış olduğu Creativity Machine adlı alqoritm tərəfindən tərtib edilmiş təsvir üçün müəllif hüququnun əldə edilməsini istəyib və bunun üçün ABŞ Müəllif Hüquqları Bürosuna müraciət edib. Lakin büro onun sorğusuna rədd cavabı verib.
Thaler dəfələrlə müəllif hüququnu “Creativity Machine üçün məşğulluq işi” kimi əldə etmək istəyib. Bu öz növbəsində müəllifi sənət əsərinin yaradıcısı, Thaler-i isə sənət əsərinin sahibi kimi qeyd etməyə imkan verəcəkdi. Lakin Thaler-ə bu məsələdə hər dəfə rədd cavabı verilib. 2022-ci ildə növbəti rədd cavabını alandan sonra Thaler məhkəmə iddiası qaldırdı. Onun fikrincə ABŞ Müəllif Hüquqları Bürosunun rədd cavabı qanunsuzdur. Lakin məhkəmə hakimi Beryl A. Howell tamamilə əks fikirə sahibdir. Öz qərarında hakim qeyd edib ki, müəllif hüquqları insanın bilavasitə iştirakını tələb etməmiş işlərdə təqdim olunmur. Bununla yanaşı hakim əlavə edib ki, müəllif rolunda insanın çıxış etməsi vacibliyi müəllif hüquqlarının əsasını təşkil edən tələblərdən biridir.
Paylaş
Bənzər xəbərlər