main-post-cover

    Süni zəka texnologiyalarının inteqrasiyası dünya iqtisadiyyatına 4 trilyon dollardan çox qazanc gətirəcək

    Süni İntellekt
    03.10.2023
    Emil Nəcəfov
        Morgan Stanley şirkətinin analitiklərinin fikirlərinə əsasən hal hazırda süni zəka texnologiyalarının inteqrasiyalarının iqtisadi effekti 2.1 trilyon dollar dəyərində qiymətləndirilir və bu cür texnologiyalar indi ümumi işçi qüvvəsinin 25%-ni əhatə edirlər. Mütəxəssislərin fikirlərinə əsasən növbəti 3 il ərzində bu mövzuda iqtisadi effekt 4.1 trilyon dollar dəyərə yüksələcək və süni zəka texnologiyaları əmək bazarının 44%-ni əhatə edəcəklər. Onların sözlərinə əsasən generativ süni zəka sistemləri insan fəaliyyəti sahələrinin böyük hissəsini artıq indidən əhatə edirlər.
        Bununla belə bu cür texnologiyaların inteqrasiya xərcləri hər dəfə aşağı düşür. Morgan Stanley analitiklərinin proqnozlarına əsasən süni zəka üçün nəzərdə tutulmuş proqram təminatı tərtibatçıları yaxın 3 ildə bazarın 205 milyard dollarlıq həcmini ələ keçirə bilərlər. Bu cür transformasiyanın nəticəsində bir çox korporasiyaların məlumatların əldə edilməsi və emalı üsullarında dəyişikliklər olacaq. Şirkətlər bulud xidmətlərə daha çox vəsait sərf edəcəklər. Belə ki, süni zəka sistemlərinin əksəriyyətinin infrastrukturu məhz bulud xidmətlərinin əsasında qurulacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər