
Süni zəka ürəyin anidən dayanması risklərini həkimlərdən daha yaxşı təyin edir
Süni İntellekt
07.07.2025
Emil
Alimlər, ölümcül aritmiya risklərini həkimlərdən daha dəqiq proqnozlaşdıra bilən yeni süni zəka alqoritmi hazırlayıblar. Bu texnologiya yalnız bir çox insanın həyatını xilas etməklə kifayətlənmir, həm də defibrilyator implantasiyası kimi lazımsız tibbi müdaxilələrdən xəstələri xilas edə bilər. Hipertrofik kardiomiopatiya zamanı bəzi insanlarda qəfil ürək dayanması riski əhəmiyyətli dərəcədə artır, lakin həkimlər risk qrupuna daxil olan xəstələri dəqiq müəyyənləşdirməkdə çətinlik çəkirlər. Nəticədə, bu xəstələrin təxminən yarısı öz risklərindən xəbərsiz qalır.

Bu problemi həll etmək üçün alimlər xəstənin tibbi kartındakı bütün əsas məlumatları və MRT görüntülərini analiz edən alqoritm yaradıblar. Bu məlumatların birləşdirilməsi nəticə verdi. Cons Hopkins Universitetinin komandası tərəfindən hazırlanmış süni zəka həkimlərdən daha dəqiq işləyib: o, ürəkdəki çapıq toxumalarının izlərini oxuya bilir ki, bu detallar həkimlər tərəfindən tez-tez nəzərdən qaçırılır. Süni zəkanın dəqiqliyi 89%-dən 93%-ə qədər olub.
Bütün yaş qruplarında dəqiqlik 89% təşkil edib, 40-60 yaş arası insanlar üçün isə bu göstərici 93%-ə çatıb. Bu qədər yüksək nəticə klinik diaqnostika üçün ümidverici perspektivlər yaradır, çünki 40 yaşdan yuxarı insanlar risklərə daha çox məruz qalırlar. “Bu gün bəziləri həyatlarının ən fəal dövründə vəfat edir, digərlərinə isə əhəmiyyətli faydası olmayan defibrilyatorlar təyin olunur. İndi bizdə riskləri dəqiq müəyyən etmək və uyğun terapiya təyin etmək imkanı var” - deyə alimlər bildiriblər.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
