Süni zəka vasitəsilə 2.2 milyon yeni material kəşf edilib
Süni İntellekt
30.11.2023
Emil Nəcəfov
Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind laboratoriyasının mütəxəssisləri süni zəkadan istifadə edərək daha öncə məlum olmamış 2.2 milyon yeni kristallik strukturu kəşf ediblər. Kəşf edilmiş kristallik strukturlar bərpa olunan enerjidən tutmuş kvant kompüterlərinə kimi müxtəlif sahələrdə istifadə edilə bilərlər. Məlumatda qeyd edilib ki, laboratoriya şəraitində sintez edilməmiş, lakin nəzəri cəhətdən dayanıqlı olan birləşmələr GNoME adlı süni zəka vasitəsilə kəşf edilib. Sözügedən süni zəka vasitəsilə kəşf edilmiş yeni kristallik birləşmələrin sayı daha öncə məlum olan materialların sayından 45 dəfə çoxdur. Bu isə öz növbəsində 800 illik təcrübi kəşflərə bərabərdir.
Növbəti mərhələdə mütəxəssislər Günəş panellərinin və digər texnologiyaların istehsalında perspektivli ola biləcək 381 000 ədəd kristallik strukturun nə dərəcədə faydalı ola biləcəklərini yoxlayacaqlar. DeepMind bu üsulla süni zəkanın elmi inkişafda və yeni materialların yaradılmasında potensialını sərgiləmək istəyir. Mütəxəssislərin sözlərinə əsasən yeni növ materialların ortaya çıxmalarından mənfəət götürməyəcək sahələri təsəvvür etmək qəlizdir. Məsələn yeni materiallar insan beyninin iş prosesini imitasiya edə biləcək neyromorf çiplərin hazırlanmasına yol aça bilərlər. Yeni kristallik strukturların kəşf edilməsi üçün DeepMind mütəxəssisləri onların tərtibatı və potensial stabilliklərinin qiymətləndirilməsi üçün machine learning-dən istifadə ediblər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Süni zəka hal hazırda iş yerləri sayından daha çox maaş səviyyəsinə təsir göstərir
Süni zəka hal hazırda iş yerləri sayından daha çox maaş səviyyəsinə təsir göstərir
Analitiklərin çoxu süni zəka sistemlərinin biznesə inteqrasiya edilmələrinin əmək bazarındakı ixtisarlara səbəb olacaqları barəsində danışırlar.
Google Drive istifadəçilərinin faylları yoxa çıxıb
Google Drive istifadəçilərinin faylları yoxa çıxıb
Google Drive servisinin istifradəçiləri öz fayllarının yoxa çıxması problemi ilə qarşılaşıblar.
Milyonlarla Android smartfonda Google Calendar-ın dəstəyi dayandırılacaq
Milyonlarla Android smartfonda Google Calendar-ın dəstəyi dayandırılacaq
Google şirkəti milyonlarla Android smartfonda Google Calendar tətbiqinin dəstəyini dayandırmaq niyyətindədir.
Keçmiş Apple işçilərinin daha çox hansı şirkətlərə müraciət etdikləri məlum olub
Keçmiş Apple işçilərinin daha çox hansı şirkətlərə müraciət etdikləri məlum olub
Switch on Business adlı şirkət LinkedIn-də İT mütəxəssislərin hesablarını analiz edərək texnoloji sahədə hansı şirkətlərin daha çox özlərinə keçmiş Apple işçilərini cəlb etdiklərini təyin ediblər.
Bill Gates: "Süni zəka vasitəsilə 3 günlük iş həftəsi real ola bilər"
Bill Gates: "Süni zəka vasitəsilə 3 günlük iş həftəsi real ola bilər"
“What Now?” adlı podkasta müsahibə vermiş Bill Gates süni zəka texnologiyasının sürətli inkişafı barəsində fikirlərini səsləndirib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!