Süni zəkanın insanları məhv etmə riski 5% təşkil edir
Süni İntellekt
08.01.2024
Emil
Süni zəka sahəsində fəaliyyət göstərən aparıcı mütəxəssislər arasında keçirilmiş sorğuya əsasən süni zəkanın insan idarəsi altından çıxaraq bizləri məhv etmə riski 5% təşkil edir. Aparılmış sorğuda süni zəka üzrə 2778 nəfər mütəxəssis iştirak edib. Bu hal-hazırda sözügedən mövzu ətrafında aparılmış ən böyük araşdırmadır. Sorğuda iştirak etmiş şəxslərin çoxu əmindir ki, gələcəkdə süni zəka güclü inkişafa sahib olacaq. Məsələn 2030-cu ilə qədər süni zəka artıq musiqi bəstələməyi və bestseller ola biləcək kitablar yazmağı bacaracaq. Sorğu iştirakçılarının 68%-i düşünür ki, üst zəkaya sahib süni zəka insanlara zərərdən çox fayda gətirəcək. Bununla belə onların yarısı insanların süni zəka tərəfindən məhv edilə biləcəyinin kiçik ehtimalını istisna etmir.
Bütün mütəxəssislər süni zəka tərəfindən ola biləcək təhlükələri və risklərin minimuma endirilməsi üçün lazımi tədqiqatların aparılması vacibliyini dərk edirlər. Lakin süni zəkanın inkişaf sürəti mövzusunda mütəxəssislərin fikirləri fərqlidir. Sorğuda iştirak etmişlərin 80%-i süni zəkanın fake məlumatların yayılmasında, insanların idarə olunmasında, insanlar arasında bərabərsizliyin daha da pis vəziyyətə düşməsində istifadə edilməsindən narahatdır. Mütəxəssislər güman edirlər ki, 2033-cü ilə kimi süni zəka LEGO fiqurlarını yığa və kompüter oyunlarını yarada biləcək. 2063-cü ilə qədər isə o, cərrah və alimlərin işlərini yerinə yetirmə imkanına sahib ola bilər.
Paylaş
Bənzər xəbərlər
Süni İntellekt
Süni zəka son 60 ildə ilk dəfə effektiv antibiotik yaradıb
Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri müxtəlif növ xəstəliklərə səbəb olan və daha öncə yenilməz hesab edilmiş qızılı stafilokokk (MRSA) adlı bakteriya üçün yeni effektiv antibiotiki kəşf ediblər.
Süni İntellekt
Çat-botları məhdudiyyətlərdən azad edən süni zəka sistemi yaradılıb
ChatGPT və onun böyük dil modelləri əsasında çalışan analoqları istənilən mövzu ətrafında ünsiyyət qura bilmirlər.
Süni İntellekt
ChatGPT kimi çat-botlarla özəl konfidensial məlumatların bölüşülməsi məsləhət görülmür
Oksford Universitetinin professoru Mike Wooldridge istifadəçilərə ehtiyyatlı olmağı, ChatGPT və ona bənzər digər çat-botlarla özəl konfidensial məlumatları bölüşməməyi məsləhət görüb.
Süni İntellekt
ChatGPT istifadəçiləri OpenAI məhsullarında daha çox nələri istəyirlər?
OpenAI şirkətinin CEO-su Sam Altman ChatGPT istifadəçilərinin süni zəkadan daha çox nələri gözlədiklərinin siyahısını təqdim edib.
Süni İntellekt
Böyük dil modelləri konspiroloji nəzəriyyələri və dezinformasiyanın digər formalarını təkrarlayırlar
Vaterloo Universitetinin alimləri təyin ediblər ki, GPT-3 kimi böyük dil modelləri konspiroloji nəzəriyyələri, zərərli stereotipləri və dezinformasiyanın digər formalarını təkrarlamağa meyllidirlər.
Ən çox oxunanlar