main-post-cover

    Süni zəkanın istifadəsi serverlərin soyudulması üçün su sərfiyyatını artırır

    Süni İntellekt
    13.09.2023
    Emil Nəcəfov
        Son aylar ərzində süni zəka mövzusu texnologiya sahəsinin ən aktual mövzusuna çevrilib. Böyük texnoloji şirkətlər bu sahədə müxtəlif məhsullarını hazırlayırlar. Onların arasında Google, Microsoft, Meta, AmazonOpenAI kimi şirkətlər var. Qeyd etmək lazımdır ki, bu şirkətlərin süni zəka sistemləri böyük serverlər sayəsində fəaliyyət göstərirlər. Google və Microsoft kimi böyük texnoloji şirkətlər süni zəka tapşırıqlarının emal edilməsi üçün nəzərədə tutulmuş serverlərinin soyudulması istiqamətində milyonlarla ton sudan istifadə edirlər.
        Microsoft-un təqdim etmiş olduğu ekoloji hesabatına əsasən şirkətin su sərfiyyatı 34% yüksələrək 6.4 milyard litr təşkil edib. Google şirkəti də öz serverlərinin soyudulması üçün istifadə edilən suyun sərfiyyat göstəricisinin artdığını bildirib. Google-da bu göstərici 20% yüksəlib. Göstəricilər ABŞ-ın müxtəlif regionları üzrə fərqlənirlər. Kaliforniya Universitetinin mütəxəssisi Shaolei Ren-in fikrincə şirkətlər tərəfindən su sərfiyyatının ciddi şəkildə artması süni zəkanın istifadəsi ilə əlaqəlidir.
        Onun təqdim etmiş olduğu məlumatlara əsasən ChatGPT-yə yönləndirilən hər 5-50 sorğu 0.5 litr suyun sərf edilməsi deməkdir. Əgər ABŞ-ın hər bir vətəndaşı gün ərzində süni zəka əsaslı çat-bota 1 ədəd sorğu göndərsə, məlumatların emalı mərkəzlərinin soyudulması üçün nəzərdə tutulmuş suyun sərfiyyat göstəricisi il ərzində 60 milyard litrə çatar. Bununla belə texnoloji şirkətlərin çoxu su sərfiyyatını optimallaşdırmağa çalışır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər