Süni zəkanın səhvləri elmi kəşflərə səbəb ola bilər
Süni İntellekt
06.01.2025
Emil
İnandırıcı şəkildə saxta və uydurulmuş məlumatları tərtib etməyi bacaran süni zəka alimlərin əllərində əvəzedilməz alətə çevrilə bilər. Yeni dərman preparatlarının hazırlanması, havanın öncədən dəqiq şəkildə proqnozlaşdırılması və müxtəlif yeni cihazların ixtirası süni zəkanın ilk baxışdan uydurulmuş ideyaları formalaşdırma bacarığının elm dünyasını necə dəyişə biləcəyini göstərən kiçik nümunələrdir. Süni zəka modelləri bəzi hallarda tərtib etdikləri saxta və uydurulmuş məlumatları doğru faktlar qismində təqdim etmələri səbəbilə tənqid olunurlar. Bu cür hallara süni zəkanın halüsinasiyaları deyirlər. Süni zəka tərəfindən təqdim edilən bu cür inandırıcı saxta məlumatlar istifadəçilərdə çaşqınlıq yaratmaqla yanaşı məhkəmə proseslərinə və tibbi qeydlərdəki səhvlərə səbəb olurlar.
Məsələn keçən il Google şirkətinin süni zəka əsaslı çat-botu tərəfindən təqdim edilmiş saxta məlumat şirkətlərdən birinin bazar dəyərini 100 milyard dollar aşağı salmışdı. Lakin The New York Times-ın vermiş olduğu məlumata əsasən tədqiqatçılar bir neçə müddət bundan öncə aşkar ediblər ki, təəccüblü olsa da süni zəka halüsinasiyalarının faydalı tərəfləri də ola bilər. Məlum olub ki, böyük dil modellərinin tərtib etdikləri inanılmaz ideyalar xərçənglə mübarizədə, yeni dərman preparatlarının və tibbi avadanlıqların hazırlanmasında, hava hadisələrinin öyrənilməsində və hətta Nobel mükafatının əldə edilməsində alimlərə yardımçı olurlar. Elmin əsasını təşkil edən faktorlar arasında məntiq və analitika var. Lakin elmin başlanğıcını əsasən intuisiya və cəsarətli fərziyyələr təşkil edir.
Filosof Paul Feyerabend zamanında bu mərhələni “hər şeyə icazə var” ifadəsi ilə xarakterizə etmişdi. Süni zəka modellərinin səhvləri axtarışı və yeni ideyaların yoxlanışını sürətləndirərək bu yaradıcılıq prosesini canlandırırlar. Əvvəllər illərlə zaman almış nəyisə saatlar və hətta dəqiqələr ərzində yerinə yetirmək mümkündür. Massaçusets Texnologiya İnstitutunun professoru James J. Collins bir neçə müddət bundan öncə özünün antibiotiklər sahəsindəki tədqiqat prosesini sürətləndirdikləri üçün süni zəka halüsinasiyalarını yüksək qiymətləndirmişdi. Süni zəka halüsinasiyaları mütəxəssislərin generativ süni zəka modellərini müəyyən mövzu ətrafında təlimatlandırmaları və daha sonra onlara əldə edilmiş məlumatların emalı imkanını verdikləri zaman formalaşırlar.
Nəticələr absurd və eyni zamanda dahiyanə ola bilərlər. Məsələn keçən ilin oktyabr ayında kimya üzrə Nobel mükafatı zülallar sahəsindəki tədqiqatlarına görə David Baker-ə təqdim edildi. Onun yeni zülalların yaradılmasında süni zəkadan istifadə üsulu daha öncə mümkünsüz hesab edilirdi. Baker-in sözlərinə əsasən isə generativ süni zəka yeni zülalların yaradılması prosesinin əsasını təşkil edib. “Biz, təbiətdə olmayan 10 milyon yeni zülalı yarada bildik” - deyə Baker qeyd edib. Bununla yanaşı onun laboratoriyası xərçəngin müalicəsi texnologiyası və virus infeksiyaları ilə mübarizə də daxil olmaqla artıq 100-ə yaxın patenti əldə edib. Digər tərəfdən halüsinasiya termini mübahisələrə səbəb olur. Bir çoxları süni zəkanın belə nəticələrini fərziyyə və ya perspektivli ideyalar adlandırırlar. Belə ki, onlar çox zaman real elmi məlumatlara əsaslanırlar.
Paylaş
Bənzər xəbərlər
Süni İntellekt
Microsoft və OpenAI ümumi süni zəka (AGI) mövzusunda razılığa gəliblər
Microsoft və OpenAI şirkətləri öz aralarında gələcəkdə ola biləcək ümumi süni zəkanın (AGI) kriteriyalarını təyin edəcək razılaşmanı əldə ediblər.
Süni İntellekt
Çinli bir şirkət 11 dəfə daha az emal gücü ilə süni intellekt modelini öyrədərək inqilabi uğur əldə edib!
Çinin süni intellekt sahəsində fəaliyyət göstərən startapı DeepSeek, sensasion bir açıqlama edərək, aparıcı süni intellekt şirkətlərinin modellərinə bənzər bir modeli 11 dəfə daha az hesablama gücü ilə hazırladıqlarını elan edib.
Süni İntellekt
Elon Musk: "2025-ci ilin sonuna kimi süni zəka istənilən insanın zəkasından daha güclü olacaq"
Elon Musk müxtəlif mövzular barəsində proqnozlar verməyi sevməklə tanınır. Bu dəfə o, süni zəka sahəsi ilə bağlı növbəti proqnozunu verib.
Təhlükəsizlik
Süni zəka ənənəvi antivirus tətbiqlərini qeyri-effektiv edib
Palo Alto Networks Unit 42 şirkətinin təhlükəsizlik üzrə mütəxəssisləri aşkar ediblər ki, böyük dil modelləri zərərli JavaScript kodunun demək olar sonsuz sayda müxtəlif versiyalarını tərtib edə bilirlər.
Süni İntellekt
OpenAI məntiq yürüdə bilən o3 və o3 mini adlı yeni süni zəka modellərini təqdim edib
OpenAI şirkəti iki yeni süni zəka modelini təqdim edib. Onlardan birincisi o3, ikincisi isə o3 mini adlanır. Bu süni zəka modellərinin əsas fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, onlar məntiq yürütmək bacarığına sahibdirlər.
Ən çox oxunanlar