
Süni zəkanın zehni səviyyəsinin təyini üçün Türinq testinin yeni versiyası təklif edilib
Süni İntellekt
22.06.2023
Emil
Google şirkətinin sahibi olan Alphabet holdinqinə daxil olan və süni zəka sahasində faəliyyət göstərən DeepMind laboratoriyasının həmtəsisçisi Mustafa Suleyman süni zəkanın zehni bacarıqlarını və səviyyəsini təyin etmək üçün yeni növ Türinq testini təklif edib. Qeyd etmək lazımdır ki, ənənəvi Türinq testi Alan Türinq tərəfindən 1950-ci ildə təklif edilmişdi. Sözügedən testin əsas məqsədi kompüterin və ya digər bir sistemin insan zehni səviyyəsində düşünə bilib-bilməməsini təyin etməkdir.
Mustafa Suleyman tərəfindən təklif edilmiş yeni növ Türinq testində isə süni zəkanın zehni bacarıqları ilə səviyyəsinin təyin edilməsi üçün onun pul qazanma bacarığı qiymətləndirilir. Yazarı olduğu “The Coming Wave: Technology, Power, and the Twenty-first Century’s Greatest Dilemma” adlı kitabında Mustafa Suleyman bildirib ki, süni zəka sahəsində aparılan tədqiqatlar insan zehni səviyyəsində ola biləcək mifik ümumi süni zəkaya deyil, qısamüddətli həllərə yönəldilməlidirlər. Onun təklif etdiyi müasir Türinq testinə əsasən mütəxəssislər süni zəkaya 100 000$ vəsait təqdim etməlidirlər, süni zəka isə əldə edilmiş bu vəsait sayəsində 1 milyoin dollar qazanmalıdır.
Yəni vəsaitin təqdim olunmasından sonra mütəxəssislər gözləməlidirlər ki, süni zəka 1 milyon dollar vəsaiti qazanmaq yolunda 100 000$-ı necə sərf edəcək. Bu test çərçivəsində süni zəka faktiki olaraq elektron kommersiya biznesinin imkanlarını araşdıracaq, müəyyən məhsullar üçün ideyalar tərtib edəcək və daha sonra yekun məhsulun istehsalat prosesi və xidmətin göstərilməsi ilə yaxından maraqlanacaq. Mustafa Suleyman-ın fikrincə bu cür test vasitəsilə süni zəkanın zehni bacarıqlarını və səviyyəsini təyin etmək mümkün olacaq.
Paylaş
Bənzər xəbərlər