Logo
    main-post-cover

    Suno süni intellektlə yaradılan mahnıları xüsusi rəqəmsal izlə işarələyəcək

        Süni intellekt vasitəsilə musiqi yaratmağa imkan verən Suno platforması internetdə keyfiyyətsiz və kütləvi şəkildə yayılan AI musiqilərinin qarşısını almaq üçün yeni tədbirlər görməyə hazırlaşır. Şirkət süni intellektlə yaradılmış mahnıların daha asan müəyyən edilməsinə imkan verəcək yeni işarələmə və identifikasiya texnologiyalarını tətbiq edəcək.
    Suno AI review: The AI music generator explained (2026) | eesel AI
        Suno-nun baş direktoru və həmtəsisçisi Mikey Shulman şirkətin yeni planlarını açıqlayıb. Bildirilib ki, Suno-da yaradılan musiqilərə xüsusi rəqəmsal watermark və fingerprint, yəni rəqəmsal iz əlavə ediləcək. Bu texnologiya musiqinin Suno vasitəsilə yaradıldığını müəyyən etməyi asanlaşdıracaq. Şirkət bu sistemlərin formalaşmaqda olan sənaye standartlarına uyğun olacağını bildirir. Suno həmçinin AI musiqilərindən dələduzluq, spam və digər sui-istifadə məqsədləri üçün istifadənin qarşısını almaq üçün musiqi yayım platformaları ilə əməkdaşlıq etməyi planlaşdırır.
        Dəyişikliklərdən biri də mahnıların yüklənməsi ilə bağlı olacaq. Suno ötən il Warner Music Group (WMG) ilə əldə etdiyi razılaşmadan sonra yükləmə siyasətini dəyişəcəyini açıqlamışdı. İlkin plana əsasən, yaradılan musiqiləri cihazlarına yalnız ödənişli abunəçilər yükləyə biləcək və onların aylıq yükləmə sayına müəyyən məhdudiyyət qoyulacaq. Yeni qaydaların dəqiq detalları isə hələ açıqlanmayıb.
    Paylaş