Logo
    main-post-cover

    Suno v5.5 təqdim olundu

        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Suno süni intellekt əsaslı musiqi modelinin ən böyük yeniləmələrindən biri olan v5.5 versiyasını təqdim edib. Əvvəlki yeniləmələr əsasən səs keyfiyyətinin artırılması və vokalların daha təbii səslənməsinə fokuslanırdısa, bu dəfə əsas diqqət istifadəçiyə daha çox nəzarət imkanı verməkdir.
        Yeni versiyada üç əsas funksiya təqdim olunur: Voices, My Taste və Custom Models. Voices funksiyası istifadəçilərin öz səsləri əsasında model yaratmasına imkan verir. İstifadəçilər təmiz akapella yazıları, hazır mahnılar və ya birbaşa telefon və ya kompüter mikrofonu ilə səs yazaraq modeli öyrədə bilərlər. Səs nə qədər keyfiyyətli olarsa, modelin öyrənməsi üçün o qədər az məlumat kifayət edir. Digər insanların səsini icazəsiz istifadə etməmək üçün sistem istifadəçidən xüsusi təsdiq cümləsini səsləndirməyi tələb edir. Bununla belə, mövcud AI texnologiyaları ilə bu qorumanın yan keçilməsi ehtimalı da istisna edilmir.
        Bu funksiya öyrədildikdən sonra istifadəçilər öz AI səs versiyalarını həm yüklədikləri musiqilərdə, həm də süni intellekt tərəfindən yaradılan mahnılarda istifadə edə bilirlər. Custom Models isə istifadəçilərə öz musiqilərinə əsaslanan fərdi model yaratmağa imkan yaradır. Bunun üçün ən azı altı trek yükləmək və modelə ad vermək lazımdır. Daha sonra bu model vasitəsilə verilən promptlara uyğun nəticələr daha dəqiq istiqamətləndirilir.
        My Taste funksiyası isə zamanla istifadəçinin musiqi zövqünü öyrənir. Hansı janrları, əhval-ruhiyyələri və ifaçıları daha çox seçdiyinizi analiz edərək avtomatik yaradılan musiqi üslublarına tətbiq edir. Qeyd edək ki, My Taste bütün istifadəçilər üçün əlçatan olacaq, lakin Voices və Custom Models yalnız Pro və Premier abunəçilərə təqdim edilir.
    Paylaş