Logo
    main-post-cover

    Tamamilə süni zəka vasitəsilə yaradılmış musiqilərin Grammy musiqi mükafatına namizədliyi qadağan edilib

        ABŞ-ın Grammy adlı musiqi mükafatının administrasiyası tamamilə süni zəkanın köməyi ilə hazırlanmış musiqi əsərinin mükafatlandırmaya namizəd kimi təqdim edilməsini qadağan edib. “Yalnız yaradıcı insanlar Grammy mükafatını əldə etmək hüququna sahibdirlər. İnsan tərəfindən müəllif faktoruna sahib olmayan istənilən musiqi əsəri bu mükafatın heç bir kateqoriyasına aid edilmir” - deyə Grammy administrasiyası qeyd edib.
        Bununla belə məşhur musiqi mükafatının təşkilatçıları müəlliflərə süni zəkadan istifadəni tamamilə qadağan etməyiblər. Belə ki, müəlliflər musiqi əsərlərinin yaradılması və nəticədə onların mükafatlandırma üzrə namizədlər siyahısına düşmələri üçün qismən süni zəka sistemlərindən istifadə edə bilərlər. Lakin bunun ediləcəyi halda müəlliflər bu barədə öncədən xəbər verməlidirlər. Əlavə olaraq Grammy mükafatı üçün kontentlərin analizi zamanı mütəxəssislər təsdiqləməlidirlər ki, bu və ya digər musiqi əsərində insan töhfəsi daha həlledici rol oynayıb və süni zəka sadəcə olaraq bu yolda bir qədər yardımçı olub. Bunun əksi isə qəbuledilməzdir.
    Paylaş
    Bənzər xəbərlər