Logo
    main-post-cover

    Tarixdə ilk dəfə bir universitet "ev tapşırıqlarını süni intellektlə edən tələbəyə" az bal verdiyinə görə, məhkəməlik olub!

    Süni İntellekt
    17.10.2024
    Farid

         Süni intellekt həyatımızın hər sahəsinə nüfuz etdikcə hüquqi prosesləri də qaçılmaz olur. Bu dəfə isə bir ailə ev tapşırığına görə, universiteti məhkəməyə verib.

         Massachusetts-də baş verən və öz növündə bir ilk olan bu məhkəmə işində DaleJennifer Harris cütlüyü, oğullarının tarix layihəsində süni intellektdən istifadə etdiyi üçün aldığı cəzanı məhkəməyə daşıyıb. Hingham Liseyində oxuyan tələbə, süni intellekt istifadə etdiyi üçün şənbə günü məktəbə gəlmək cəzası almış və layihəsinə 100 bal üzərindən 65 bal verilmişdi. Ailə, məktəbin tələbə qaydalar kitabında süni intellektin istifadəsini açıq şəkildə qadağan edən bir maddənin olmadığını və verilən cəzanın oğullarının Stanford Universiteti kimi prestijli məktəblərə qəbul şansını mənfi təsir etdiyini iddia edib.
         Məktəb rəhbərliyi isə müdafiəsində, tələbə qaydalar kitabında "icazəsiz texnologiyadan istifadə" və "başqa bir müəllifin düşüncələrindən və dilindən icazəsiz istifadə edilməsi və ya təqlid edilməsi" kimi maddələrin olduğunu bildirib. Məktəb, şagirdə verilən cəzanın nisbətən yüngül olduğunu qeyd edərək, ailənin xeyrinə çıxarılan qərarın hər cür intizam cəzası və qiymətləndirmənin məhkəməyə daşınmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
         Harris ailəsi isə məktəbin intizam tədbirlərində uyğunsuzluq göstərdiyini iddia edir. Ailənin iddiasına görə, İngilis dili tapşırığında süni intellektdən istifadə edən digər bir şagird, Milli Şərəf Cəmiyyətinə qəbul edilərkən, onların oğulları ilkin mərhələdə rədd edilmişdi. Lakin məktəb rəhbərliyi sonradan şagirdin cəmiyyətə qəbul edildiyini açıqlayıb.
    Paylaş
    Bənzər xəbərlər
    muhendis-kimi-dusune-bilen-suni-intellekt-hazirlanib
    Süni İntellekt

    Mühəndis kimi düşünə bilən süni intellekt hazırlanıb!

    Leap 71 adlı bir şirkət tərəfindən hazırlanan Noyron adlı süni intellekt mühəndislik dünyasında inqilab yaradır. Bu süni intellekt, mühəndis kimi düşünə bilir.
    microsoft-copilot-un-tibbi-meslehetleri-olume-sebeb-ola-bilerler
    Süni İntellekt

    Microsoft Copilot-un tibbi məsləhətləri ölümə səbəb ola bilərlər

    Heç kim üçün sirr deyil ki, Microsoft-un Copilot adlı rəqəmsal köməkçisi kimi süni zəka əsasında çalışan müasir çat-botların məsləhətlərinə tam şəkildə güvənmək lazım deyil.
    gmail-hesablarinin-ogurlanmasina-istiqametlenmis-yeni-deleduzluq-sxemi-askar-edilib
    Təhlükəsizlik

    Gmail hesablarının oğurlanmasına istiqamətlənmiş yeni dələduzluq sxemi aşkar edilib

    Microsoft əməkdaşı süni zəka istifadəsi ilə reallaşdırılan yeni dələduzluq sxemi barəsində məlumat verib. Reallaşdırılan yeni dələduzluq sxemi hətta ən peşəkar istifadəçilərin belə qurbana çevrilməsinə gətirib çıxara bilər.
    apple-tedqiqatcilari-suni-intellektin-mentiqi-xetalarini-ortaya-cixariblar
    Süni İntellekt

    Apple tədqiqatçıları, süni intellektin məntiqi xətalarını ortaya çıxarıblar!

    Apple-ın süni intellekt tədqiqat qrupu, böyük dil modellərinin düşünmə qabiliyyətlərində böyük çatışmazlıqlar aşkar edib.
    suni-intellekt-indi-de-olmus-heyvanlari-danisdirir
    Süni İntellekt

    Süni intellekt indi də ölmüş heyvanları danışdırır!

    Cambridge Universitetinin Zoologiya Muzeyində başlanan yenilikçi bir süni intellekt layihəsi ölü heyvanları danışdırır. Muzeyin kolleksiyasındakı müxtəlif heyvanlar bu layihə sayəsində ziyarətçilərlə səsli və ya yazılı şəkildə ünsiyyət qura bilirlər.