Tarixdə ilk dəfə kişi pasient beyin implantı köməyi ilə Parkinson xəstəliyinin simptomlarından azad olub

Tarixdə ilk dəfə kişi pasient beyin implantı köməyi ilə Parkinson xəstəliyinin simptomlarından azad olub

Süni zəka və Elm
28.04.2022 PAYLAŞIM

    Böyük Britaniyada tarixdə ilk dəfə kişi pasient kiçik beyin implantı köməyi ilə Parkinson xəstəliyinin simptomlarından azad olub. Sözügedən qeyri-adi müalicə prosesindən keçmiş ilk pasient Tony Howells adlı Britaniya vətəndaşı olub. Bristolda yerləşən Sautmid adlı xəstəxanada sözügedən şəxsə dərin beyin stimulyasiyası (DBS) cihazı yerləşdirilib. Bu cihaz beynin zədələnmiş sahələrinə elektrik impulsu göndərə bilir. Howells-in sözlərinə əsasən əməliyyatdan öncə o, küçədə normal şəkildə gəzməyə cəhd göstərib. Lakin nəticədə sadəcə 200 metr yeriyə bilib. “Əməliyyatdan sonra mən yenidən gəzməyə yollandım və 4 km yol qətt edə bildim. Bu, möhtəşəm idi” - deyə Howells qeyd edib.

    Qeyd etmək lazımdır ki, hal hazırda dünyada Parkinson xəstələyinin dərmanı mövcud deyil. Bu, sinir sisteminin degenerativ xəstəliyidir. Parkinson xəstəliyinin simptomları arasında qeyri-iradi bədən titrəyişi, ləng hərəkətlər, əzələlərdə çevikliyin olmaması var. “Parkinson xəstəliyinə tutulmadığınız müddətdə bunun nə dərəcədə ağır bir xəstəlik olduğunu anlaya bilməzsiniz. Hətta ayaqqabı iplərinin bağlanması belə çox çətin bir tapşırığa çevrilir” - deyə Howells qeyd edib. Reallaşdırılmış əməliyyatın məğzi kardiostimulyatorun sahib olduğu batareya ölçüsündəki bir batareyanın pasientin sinə və ya mədə hissəsinə yerləşdirilməsindədir. Daha sonra batareyaya naqillər birləşdirilir və həmin naqillər pasientin dərisinin altından beyindəki implanta kimi uzanır. Yeni DBS sistemi indiyənə kimi yaradılmışlar arsında ən kiçiyidir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Amerikalı alim: 'Kainatda fiziki qanunları istədikləri kimi dəyişə bilən siviliz..

NASA-nın dəstəyinə sahib olan amerikalı alim Adam Frank yadplanetli sivilizasiyaların öz inkişaf səv..


Hubble teleskopu vasitəsilə kainatın hansı sürətlə genişləndiyi daha dəqiq şəkil..

NASA Hubble kosmik teleskopunun ən böyük işi hesab edilən yeni hesabatı təqdim edib.


James Webb kosmik teleskopu Günəş sistemindəki obyektlərin detallı müşahidəsini ..

James Webb kosmik teleskopu kainatın yaranmasından sonrakı ilk mərhələlərlə yanaşı bizim Günəş siste..


Alimlər Ayda suyun mümkün yaranma səbəbini aydınlaşdırıblar

Kolorado Belroud Universitetinin alimlərinin fikirlərinə əsasən milyardlarla il bundan öncə Yer kürə..


Alimlər plastiki 16 saata parçalayan yeni ferment kəşf ediblər

Almaniyada yerləşən Leypsiq Universitetinin alimləri aşkar ediblər ki, PHL7 adlı ferment polietilent..


Planetin qlobal iqlimi 2021-ci ildə bütün əsas göstəricilər üzrə rekorda imza at..

Ümumdünya Meteorologiya Təşkilatı (BMO) 2021-ci il üzrə yığılmış məlumatlar əsasında planetdəki iqli..

×