main-post-cover

    Tələbələrdən biri ChatGPT vasitəsilə universitetdə yüksək bal əldə edib

    Süni İntellekt
    17.04.2023
    Emil Nəcəfov
        Kardiff Universitetinin anonim tələbəsinin BBC News jurnalistlərinə vermiş olduğu müsahibədə o, etiraf edib ki, ChatGPT vasitəsilə yazılmış esseyə görə ən yüksək balı əldə edib. Özünü Tom kimi təqdim etmiş anonim tələbə ortalama 2.1 bal səviyyəsində akademik performans göstəricisinə sahib idi. Lakin ChatGPT tərəfindən tərtib edilmiş 2500 sözdən ibarət esseyə görə tələbə mümkün olan ən yüksək balı əldə edə bilib. “Mən ilk dəfə ChatGPT-dən istifadə edən zaman ondan akademik üsul vasitəsilə müvafiq nəzəriyyəni digəri ilə müqayisə etməsini istədim və o bu tapşırığın öhdəsindən çox yaxşı gəldi” - deyə anonim tələbə qeyd edib. Tələbə öz müdafiəsi üçün bildirib ki, o, çat-bot tərəfindən tərtib edilmiş esseni sözbəsöz kopyalamayıb.
        Çox güman ki, o, ChatGPT-ni daha keyfiyyətli məlumatların əldə edilməsi üçün istifadə edib. Anonim tələbələ bildirib ki, o, süni zəka əsaslı çat-botdan istifadə etməyə davam edəcək. Belə ki, onun sözlərinə əsasən ChatGPT onun real müəllimindən daha yaxşıdır. “Mən ChatGPT-ni həmçinin mənim kursumdan olan konsepsiyanı ümumiləşdirmək üçün də istifadə etmişəm. Düşünürəm ki, müəllimlər adi dildə bu prosesi başa sala bilmirlər” - deyə tələbə qeyd edib. Kardiff Universitetində professional məlumatlara sahib olduqları halda onları tələbələrə anlaşılan dildə ötürə bilməyən müəllimlərin oilduqları fikri ilə razılaşmamaq mümkün deyil. Sadəcə olaraq ümid etmək olar ki, tələbələr bu cür texnologiyalardan sui-istifadə deyil, əsl elmə dərindən yiyələnmək üçün istifadə edəcəklər.
    Linki kopyala