Termonüvə sintezi mövzusunda növbəti uğurlu təcrübə keçirilib
Süni İntellekt
15.08.2023
Emil Nəcəfov
Livermor Milli Laboratoriyasının alimləri dünya tarixində ikinci dəfə termonüvə sintezi reaksiyası çərçivəsində sərf etdikləri enerjidən daha çoxunu əldə etməyi bacarıblar. Aparılmış yeni təcrübə çərçivəsində onlar 3.5 meqacoul enerji əldə ediblər. Bununla belə sözügedən həcmdə enerjini əldə etmək üçün 2.05 meqacoul enerji sərf edilib. Termonüvə sintezi iki yüngül atom nüvəsinin birləşərək daha ağır atom nüvəsinə çevrilmə prosesidir. Bu proses çərçivəsində böyük həcmdə enerji ifraz edilir.
192 ədəd güclü lazerdən ibarət NIF adlı qurğu termonüvə partlayışlarının modelləşdirilməsi üçün yaradılmışdı. Termonüvə sintezi ilə isə alimlər boş zamanlarında məşğul olurdular. Nəticədə keçən ilin dekabr ayında baş tutmuş termonüvə sintezi təcrübəsi zaman mütəxəssislər 2.05 meqacoul enerji sərf edərək 3.15 meqacoul enerji əldə etmişdilər. Baş tutmuş yeni təcrübə çərçivəsində isə onlar eyni həcmdə enerji sərf edərək artıq 3.5 meqacoul enerji əldə ediblər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Süni intellekt önümüzdəki 10 il ərzində yox olacaq peşələri açıqlayıb!
Çin istehsalı elektromobillərin nəyə görə belə ucuz satıldıqları məlum olub