main-post-cover

    Termonüvə sintezinə daha bir addım: Alimlər özü-özünü qızdıran plazma yarada biliblər

    Süni İntellekt
    30.01.2022
    Farid Pardashunas
        Termonüvə energetikası gələcəkdə sonsuz təmiz enerji mənbəyinə çevrilə bilər. Yeni məlumata əsasən alimlər özü-özünü qızdıra bilən plazmanı əldə edə biliblər. Alimlər bu cür plazmanı ilk dəfə əldə edə biliblər və həmin plazma saniyənin bir hissəsi ərzində mövcud olub. Nüvə sintezinin araşdırılması sahəsində sözügedən prosesə lazer termonüvə reaksiyalarının milli kompleksinin mütəxəssisləri nail olublar. Bu kompleksin daxilində 10 mərtəbəli bina hündürlüyündə olan xüsusi cihaz mövcuddur. Cihazın daxilinə 192 ədəd lazer yerləşdirilib və həmin lazerlər texnika sahəsində istifadə edilən yastıq ölçüsündəki yanacaq kapsuluna ümumilikdə 1.9 MJ (meqacoul) həcmində ultrabənövşəyi şüa göndərirlər.
        Bu proses isə öz növbəsində güclü təzyiq ilə temperatur yaradır. Nəticədə ayrı-ayrı atomlar heliuma çevrilirlər. Bütün bu reaksiya böyük həcmdə enerji ifraz edir və həmin enerji öz gücünə görə Günəşin nüvəsindəki enerjiyə bərabərdr. Bu məsələdə alimlərin qarşılaşdıqları əsas problemlərdən biri də odur ki, onlar sözügedən prosesi yaratmaq üçün çoxlu miqdarda enerji sərf etməli olurlar. Buna görə də alimlər sintez reaksiyasını əsas enerji mənbəyinə çevirməyə çalışırlar. Bu halda özü-özünü dəstəkləyərək enerji istehsal etməyi bacaran sistem əldə etmək mümkün olacaq.
        Mütəxəssislər tərəfindən aparılmış son təcrübələr kompleks daxilində mövcud olan təchizatda dəyişikliklərin reallaşdırılmasına gətirib çıxardıb. Alimlər əsasən lazer enerjisinin miqdarını çoxaldıblar və şüalar arasında enerjinin ötürülmə üsulunu dəyişiblər. Nəticədə onlar əsl yanan plazma vəziyyətini əldə edə biliblər. Həmin plazma çərçivəsində isə yanacaqdan daha çox enerji əldə etmək mümkündür. Həmin enerji miqdarının həcmi termonüvə reaksiyalarının reallaşdırılması üçün sərf edilən enerji miqdarından qat-qat çoxdur. Plazmanın çox az müddətdə mövcud olmasına baxmayaraq bu, termonüvə sintezi sahəsində aparılan araşdırmalarda böyük bir addımdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər