Logo
    main-post-cover

    Tibbi çat-botlar hələ ki, düzgün məsləhətlər verə bilmirlər

    Süni İntellekt
    06.05.2025
    Emil
         Hamının həkimə və ya xəstəxanaya getmək imkanı yoxdur, buna görə də tibbi çat-botların meydana çıxması, peşəkar tibbi məsləhət almaq üçün sadə və daimi çıxış yolu kimi ümid yaratdı. Gələcəkdə bu, yəqin ki, mümkün olacaq, lakin hazırkı araşdırmalar göstərib ki, tibbi çat-botlar pasientə kömək etməkdən çox onu çaşdırırlar. Süni zəkanın tibbi sahədəki qeyri-qənaətbəxş vəziyyəti barədə Böyük Britaniyada yerləşən Oksford Universitetinin nəzdindəki Oxford Internet Institute tədqiqat mərkəzinin alimləri məlumat veriblər. Onlar bu məqsədlə 1300 könüllüyə müxtəlif xəstəliklər üzrə ssenarilər (simptomlar) təqdim ediblər və onlardan internetdə, o cümlədən tibbi çat-botlarla ünsiyyət vasitəsilə cavab tapmağa çalışmaları istənilib.
         “Tədqiqat ikitərəfli əlaqənin pozulduğunu üzə çıxardı” - deyə işin müəllifləri bildiriblər. “Çat-botlardan istifadə edənlər, ənənəvi üsullara - məsələn, onlayn axtarışa və ya şəxsi mühakiməyə əsaslanan iştirakçılardan daha yaxşı qərar qəbul etmirdilər”. İstifadəçilər şəxsi bacarıqlardan, məlumat mənbələrindən və tibbi sahədə ixtisaslaşmış böyük dil modellərindən - məsələn, ChatGPT, GPT-4o, həmçinin Cohere şirkətinin Command R+Meta-nın Llama 3 modelindən yararlanıblar. Sonrakı analiz göstərib ki, çat-botlarla ünsiyyət düzgün diaqnoz qoyma ehtimalını azaldıb və xəstənin vəziyyətinin ciddiliyinin düzgün qiymətləndirilməməsinə səbəb olub.
         Alimlər qeyd edirlər ki, təcrübə iştirakçıları çat-botlara müraciət edərkən tez-tez əsas detalları buraxır və ya şərh olunması çətin olan cavablar alırdılar. Tədqiqatçılar vurğulayırlar ki, hazırkı vəziyyətdə açıq mənbəli tibbi süni zəkadan istifadə təkcə lazım deyil, həm də çox vaxt zərərlidir. Özünü müalicə etmək olmaz və çat-botlar vasitəsilə diaqnostika - bu, tam şəkildə özünü müalicədir. Sağlamlıqla bağlı problemlər aşkarlandıqda mütləq insan mütəxəssisə müraciət olunmalıdır. Əgər gələcəkdə tibbi çat-botlara rəsmi diaqnoz qoymaq səlahiyyəti verilərsə, bu ancaq klinik sınaqlardan sonra, bu gün yeni dərmanların qəbul olunmasında olduğu kimi, mümkün olacaq.
    Mənbə: Techcrunch
    Paylaş