Logo
    main-post-cover

    TikTok-un sahibi ByteDance fotoların tərtibatı və redaktəsi üçün süni zəka sistemini istifadəyə verib

    Süni İntellekt
    16.11.2024
    Emil
         TikTok-un sahibi olan ByteDance şirkəti SeedEdit adlı süni zəka sistemini istifadəyə verib. Bu, mətn fomratında təsvirlər əsasında fotoların tərtibatına və redaktəsinə istiqamətlənmiş süni zəka sistemidir. Buna bənzər digər süni zəka sistemlərindən fərqli olaraq SeedEdit fotonun orijinallığını qoruyub saxlamaqla onun daha dəqiq dəyişdirilməsi imkanını verir. Məsələn küçənin fotosunu tərtib edəndən sonra istifadəçi süni zəkadan fotodakı gün vaxtını dəyişməyi, fotoya işıqlandırma əlavə etməyi və ya fotodakı insanları aradan qaldırmağı istəyə bilər. Bu yeni süni zəka sistemi artıq Hugging Face-də pulsuz demo versiya şəklində aktivdir. Lakin ondan istifadə etmək üçün növbəyə yazılmaq lazım gələcək. Belə ki, sistemdən istifadə etmək istəyənlərin sayı çoxdur.
    Paylaş