Üç YouTuber Apple-ı məhkəməyə verib
Süni İntellekt
07.04.2026
Sevinj
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, ABŞ-də üç məşhur YouTube kanalı, h3h3 Productions, MrShortGameGolf və Golfholics texnologiya nəhəngi Apple-a qarşı kollektiv iddia qaldırıb. İddia Kaliforniya federal məhkəməsinə təqdim olunub və şirkətin süni intellekt modellərini öyrətmək məqsədilə YouTube videolarını qanunsuz şəkildə topladığı iddia edilir.
Məhkəmə sənədlərinə görə, videolar platformada açıq izlənilə bilsə də, Apple adi istifadəçilərin tabe olduğu “nəzarətli yayım mexanizmini” aşaraq məzmunu birbaşa əldə edib. İddiaçılar bildirirlər ki, bu üsul ABŞ-nin müəllif hüquqlarını qoruyan Digital Millennium Copyright Act (DMCA) qanununu pozur.
YouTuber-lar həmçinin iddia edirlər ki, Apple topladığı videolardan generativ süni intellekt məhsullarını inkişaf etdirmək üçün istifadə edib və şirkətin böyük maliyyə uğurunda kontent yaradıcılarının payı nəzərə alınmayıb. Qeyd olunur ki, həmin kanallar oxşar ittihamlarla Meta, Nvidia, ByteDance və Snap şirkətlərinə qarşı da iddialar qaldırıblar.
Son dövrlərdə süni intellekt modellərinin hansı məlumatlarla öyrədilməsi texnologiya sektorunda ciddi hüquqi mübahisələrə səbəb olur. Daha əvvəl OpenAI və Microsoft də müəllif hüquqları ilə qorunan məqalələrdən istifadə etdiklərinə görə məhkəməyə verilmişdi. Bundan əlavə, Perplexity AI şirkəti də müəllif hüquqları və ticarət nişanı pozuntusu iddiaları ilə üzləşib.
Apple məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib və şirkətin cavabı gözlənilir.
Paylaş
Bənzər xəbərlər