Logo
    main-post-cover

    Ümumdünya İqtisadi Forumundə ən çox müzakirə olunan mövzulardan biri süni zəka olub

    Süni İntellekt
    18.01.2024
    Emil
         Davos şəhərində bu il keçirilən Ümumdünya İqtisadi Forumunda əsas müzakirə mövzularından biri də süni zəka olub. Bu mövzu hətta kriptovalyuta mövzusunu geridə qoyub. Mütəxəssislərin sözlərinə əsasən süni zəkaya olan bu qədər böyük diqqət 2023-cü ildə bu sahəyə olmuş böyük investisiyalar ilə maraqları əks etdirir. Böyük texnoloji şirkətlər bu sahədə lider mövqelər uğrunda kəskin rəqabət içindədirlər. Ümumdünya İqtisadi Forumunda süni zəka sahəsində fəaliyyət göstərən bir sıra şirkətlər iştirak edirlər. Onların arasında Intel, Salesforce Swisscom kimi şirkətlər var. Forum çərçivəsində baş tutan müxtəlif tədbirlər və müzakirələr isə yalnız süni zəka mövzusunu əhatə edirlər. Bu ilki  Ümumdünya İqtisadi Forumunda kriptovalyuta ilə məşğul olan şirkətlərin sayında isə azalmalar müşahidə edilir.
    Paylaş