Ümumdünya Səhiyyə Təşkilatı istifadəçiləri süni zəka-dan daha diqqətli şəkildə istifadə etməyə çağırıb

Ümumdünya Səhiyyə Təşkilatı istifadəçiləri süni zəka-dan daha diqqətli şəkildə istifadə etməyə çağırıb

Süni zəka və Elm
17.05.2023 PAYLAŞIM

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) istifadəçiləri ictimai sağlamlıq sahəsində süni zəka əsaslı alətlərdən daha diqqətli şəkildə istifadə etməyə çağırıb. ÜST-ün bu çağırışı ilk növbədə generativ süni zəka sistemlərinin tərkiblərində olan böyük dil modellərini (Large Language Model / LLM) əhatə edir. Qeyd etmək lazımdır ki, ChatGPTGoogle Bard kimi sistemlər məhz LLM əsasında çalışırlar. ÜST qeyd edib ki, sağlamlıq ilə bağlı məlumatların əldə edilməsi prosesinin sadələşdirilməsində LLM-dən istifadənin bütün risklərinin analiz edilməsində fayda var.

    “Yoxlanılmamış sistemlərin səhiyyə sahəsinə anidən inteqrasiya edilmələri öz növbəsində tibb sahəsində çalışanların müəyyən səhvləri yerinə yetirmələrinə, pasientlərin zərər çəkmələrinə, süni zəkaya olan etibarın aşağı düşməsinə səbəb ola bilər” - deyə ÜST qeyd edib. Süni zəkanın təlimatlandırılmasında istifadə edilən məlumatlar qeyri-obyektiv ola və sağlamlığa zərər yetirə biləcək səhv məlumatların tərtib edilməsinə gətirib çıxara bilərlər.


    Süni zəka tərəfindən tərtib edilən cavablar nüfuzlu, inandırıcı görünə və eyni zamanda tamamilə səhv ola bilərlər. Bununla yanaşı ÜST-ün fikrincə süni zəka əsaslı alətlər etibarlı tibbi kontentlərdən fərqləndirilməsi qəliz olan dezinformasiyaların yaradılmasında sui-istifadə edilə bilər. ÜST bildirib ki, o, LLM də daxil olmaqla yeni texnologiyaların istifadəsinə həvəslə yanaşır. Lakin bu cür texnologiyaların kütləvi şəkildə istifadəsindən öncə ola biləcək ciddi problemlər detallı şəkildə analiz olunmalıdır.



DAHA ÇOX


Virtual testlərdə süni zəka hərbi obyekti məhv etməyi qadağan etmiş operatora hü..

İT sahənin müxtəlif mütəxəssisləri potensial təhlükələrdən yayınmaq üçün hələ bir neçə müddət bundan..


Süni zəka keçən ay təkcə ABŞ-da 3900 nəfər işçinin ixtisarına səbəb olub..

İT sahənin mütəxəssisləri son zamanlardan dəfələrlə qeyd edirlər ki, süni zəka sistemlərinin inkişaf..


Yeni tədqiqata əsasən qalaktikamızda həyat üçün münbit şəraitə sahib yüz milyonl..

Alimlər Gaia və Kepler teleskopları vasitəsilə əldə edilmiş məlumatları analiz edərək bu cür nəticəy..


Qədim qalaktikada yeni ulduzların formalaşmasını dayandırmış super kütləli qara ..

Alimlər James Webb kosmik teleskopundan istifadə edərək GS-9209 adlı qədim qalaktikada yeni nəhəng q..


Süni zəka üzrə aparıcı mütəxəssislər öz məhsullarını nüvə silahı səviyyəsində tə..

OpenAI, Google DeepMind, Anthropic və süni zəka sahəsində faəliyyət göstərən digər şirkətlərin rəhbə..

×