Logo
    main-post-cover

    Ümumi süni zəka nə zaman ortaya çıxacaq?

    Süni İntellekt
    06.11.2023
    Emil
         Google şirkətinə məxsus olan və süni zəka sahəsində fəaliyyət göstərən DeepMind laboratoriyasının həmtəsisçisi və aparıcı süni zəka mütəxəssislərindən biri olan Shane Legg artıq uzun illərdir ki, öz proqnozunu dəstəkləməkdə davam edir. Onun proqnozuna əsasən yaxın illər ərzində süni zəka texnologiyası AGI (Artificial General Intelligence / Ümumi Süni Zəka) səviyyəsinə çata biləcək. Güman olunur ki, bu cür süni zəka texnologiyası insanların yerinə yetirə bildikləri istənilən intellektual tapşırığı yerinə yetirə biləcək.
         Hal hazırda aktual olan ənənəvi süni zəka sistemləri tərcümə, səsləndirmə, məhdud multimedia kontentlərinin tərtibatı və modelləşdirmə kimi kiçik istiqamətli tapşırıqları yerinə yetirirlər. AGI isə öz növbəsində düşünmə, yaddaş, özünü anlama, empatiya və təcrübələrin aparılması kimi özəlliklərə sahib olacaq. Bu cür süni zəka intellektual tapşırıqları insanların səviyyəsində yerinə yetirə biləcək. Shane Legg-in fikrincə ümumi süni zəkanın artıq 2028-ci ilə qədər formalaşma ehtimalı 50% təşkil edir. Növbəti nəsil böyük dil modeli ümumi süni zəkanın formalaşmasının başlanğıcı ola bilər. Gözləntilərə əsasən artıq 2026-cı ilə kimi süni zəka sistemləri fərdi şəkildə neyron şəbəkələrini yarada biləcəklər.
    Paylaş
    Bənzər xəbərlər
    elon-musk-in-xai-sirketi-artiq-bugun-ilk-suni-zeka-modelini-istifadeye-verecek
    Süni İntellekt

    Elon Musk-ın xAI şirkəti artıq bugün ilk süni zəka modelini istifadəyə verəcək

    Elon Musk-a məxsus olan və süni zəka sahəsində fəaliyyət göstərən xAI startapı öz ilk süni zəka modelini seçilmiş istifadəçilər qrupu arasında istifadəyə verəcək.
    elon-musk-suni-zeka-sebebile-insanlarin-gelecekde-calismalarina-ehtiyac-qalmayacaq
    Süni İntellekt

    Elon Musk: "Süni zəka səbəbilə insanların gələcəkdə çalışmalarına ehtiyac qalmayacaq"

    Elon Musk-ın fikrincə süni zəkanın inkişafı nəticəsində insanların çalışmalarına ehtiyac qalmayacaq.
    abs-da-suni-zeka-tehlukesizliyi-institutu-layihesi-ise-salinib
    Süni İntellekt

    ABŞ-da Süni Zəka Təhlükəsizliyi İnstitutu layihəsi işə salınıb

    Böyük Britaniyada süni zəka təhlükəsizliyi mövzusunda keçirilmiş sammitdə iştirak etmiş ABŞ vitse-prezidenti Kamala Harris ABŞ-da Süni Zəka Təhlükəsizliyi İnstitutu layihəsinin işə salındığını elan edib.
    deepmind-hemtesiscisi-suni-zekanin-tez-zamanda-yaradilmasi-ideyasindan-imtina-edilmesinin-terefdaridir
    Süni İntellekt

    DeepMind həmtəsisçisi süni zəkanın tez zamanda yaradılması ideyasından imtina edilməsinin tərəfdarıdır

    Süni zəka sahəsində fəaliyyət göstərən və Google şirkətinə məxsus olan DeepMind laboratoriyasının həmtəsisçisi Demis Hassabis Böyük Britaniyada keçirilmiş sammit çərçivəsində süni zəkanın tez zamanda yaradılması cəhdindən imtina etməyə çağırışlar edib.
    elon-musk-in-fikrince-ekoloji-suni-zeka-insanlari-mehv-ede-biler
    Süni İntellekt

    Elon Musk-ın fikrincə "ekoloji" süni zəka insanları məhv edə bilər

    Elon Musk xəbərdarlıq edib ki, ekoloji hərəkat nümayəndələri tərəfindən proqramlaşdırılmış süni zəka insanların məhvinə səbəb ola bilər.