Logo
    main-post-cover

    Unity GDC-də yeni AI beta-nı təqdim edəcək

        Technote.az “Game Developer” platformasına istinadən bildirir ki, Unity Technologies süni intellekt sahəsində iddialı planlarını davam etdirir. Şirkətin baş direktoru Matthew Bromberg son maliyyə hesabatı konfransında bildirib ki, qarşıdakı aylarda təqdim ediləcək yeni Unity AI beta istifadəçilərə yalnız təbii dil vasitəsilə tam “casual” oyunlar yaratmağa imkan verəcək.
    A screenshot of a natural language prompt being used to generate code in Unity
        Bromberg-in sözlərinə görə, mart ayında keçiriləcək Game Developers Conference (GDC) çərçivəsində yeni nəsil Unity AI nümayiş olunacaq. Bu sistem kod yazmadan, sadəcə mətn “prompt”u ilə bir oyunu sıfırdan qurmağa imkan verəcək. Şirkət iddia edir ki, bu yanaşma prototip mərhələsindən hazır məhsula keçidi xeyli sürətləndirəcək.
        CEO bildirib ki, “AI-driven authoring” 2026-cı il üçün Unity-nin əsas prioritetlərindən biridir. Yeni AI köməkçisi layihənin kontekstini və Unity mühərrikinin daxili mexanizmlərini anlayaraq işləyəcək və ümumi məqsədli modellərlə müqayisədə daha effektiv nəticələr verəcək. Unity AI hazırda müxtəlif böyük dil modellərindən istifadə edir. Bunlara OpenAI-ın GPT modelləri və Meta Platforms tərəfindən hazırlanan Llama modelləri daxildir. 
    Paylaş