Logo
    main-post-cover

    Unreal Engine 6 generativ süni intellektlə gələcək

        Epic Games Unreal Fest 2026 tədbirində Unreal Engine ekosistemində generativ süni intellektdən istifadə planlarını açıqlayıb. Şirkət həm yeni Unreal Engine 5.8 versiyasını təqdim edib, həm də gələcəkdə istifadəyə veriləcək Unreal Engine 6 (UE6) barədə ilk detalları bölüşüb. Yeniləmə ilə birlikdə Unreal Engine 5.8-ə eksperimental Model Context Protocol (MCP) plagini əlavə olunub. Bu alət tərtibatçılara Claude və Gemini kimi süni intellekt modellərini birbaşa oyun mühərrikinə qoşmağa imkan verir. Epic gələcəkdə bu texnologiyanı UE6-nın əsas hissəsinə çevirməyi planlaşdırır.
    Screenshot from a demo of a developer using Claude Code in Unreal Engine. They asked the gen AI tool to replicate the lighting from an image of a city and sky.
        Şirkətin inkişaf komandası rəhbəri Markus Vassmer bildirib ki, generativ süni intellekt yaradıcı komandaların vaxt aparan texniki işlərə daha az vaxt sərf etməsinə və diqqəti yaradıcılığa yönəltməsinə kömək edə bilər. Epic-in məqsədi məzmun yaradılması prosesində rutin işləri azaltmaq və oyunların hazırlanma sürətini artırmaqdır. Təqdimat zamanı Claude Code-un Unreal Engine ilə inteqrasiyası nümayiş etdirilib. Süni intellekt aktiv kitabxanalardan obyektləri seçərək virtual otağa yerləşdirə, şəhər mühitləri qura və işıqlandırma kimi parametrləri avtomatik tənzimləyə bilib. Bununla belə, son dəyişikliklər üzərində nəzarət yenə də tərtibatçılarda qalacaq.
        Epic həmçinin bildirib ki, UE6 istifadəçilərə istədikləri süni intellekt modelini seçmək imkanı verəcək. Şirkət hesab edir ki, gələcəkdə oyun istehsalının böyük hissəsində süni intellektdən istifadə adi hala çevriləcək. Bununla yanaşı, oyun sənayesində generativ süni intellektə münasibət birmənalı deyil. 2026-cı il Oyun Sənayesi Hesabatına görə, sorğuda iştirak edən mütəxəssislərin 52 faizi generativ süni intellektin oyun sektoru üçün mənfi təsir göstərdiyini düşünür. Cəmi 7 faiz isə onun müsbət təsir yaratdığını bildirib.
    Paylaş