Venera planetində potensial həyat növü aşkar edilib

Venera planetində potensial həyat növü aşkar edilib

Süni zəka və Elm
15.09.2020 PAYLAŞIM

    Mars ilə müqayisədə daha sıx atmosferə sahib olmasına baxmayaraq indiyənə kimi düşünülürdü ki, Venera planetinin səthinin ekstremal iqlim şəraitinə sahib olduğu üçün orda həyatın mövcud olması mümkün deyil. Lakin yaxın zamanda bu fikir tamamilə dəyişə bilər. Belə ki, yeni araşdırmalara əsasən Venera potensial şəkildə həyat növünə sahib planet ola bilər. Bu barədə Wccftech saytı xəbər verib. Havay adalarında yerləşən James Maxwell teleskopu və Çilidə yerləşən ALMA radioteleskopu vasitəsilə Venera planetini müşahidə edən zaman alimlər aşkar ediblər ki, planetin üzərindəki buludlar çox nadir rast gəlinən fosfin qazına sahibdirlər.

    Adətən bu qaz biomaterialların qalıqlara çevrilməsi nəticəsində yaranır. Bu isə öz növbəsində planetin səthində canlı orqanizmlərin olduğuna işarə edən sübutlardan biridir. Alimlərin sözlərinə əsasən planetin atmosferinin üst laylarında sözügedən qazın tərkibinin müşahidəsi canlı orqanizmlər üzərində müşahidənin aparılması sayılmır. Lakin nəzərə alsaq ki, fosfin qazı adətən göl ilinin və peyinin köməkliyi ilə generasiya edilir, planetin atmosferində bu qazın külli miqdarda olmasını hansısa təsadüfi kimyəvi prosesin baş verməsi ilə əlaqələndirmək olmaz.


    “Bizim tədqiqatlarımız planetin səthində potensial həyat növünün olduğunu tam şəkildə təsdiqləmir. Lakin maraqlısı ondadır ki, biz bu nadir qazı Venera atmosferinin yuxarı laylarında aşkar etmişik. Bizim komandamız aşkar edilmiş fosfin qazı miqdarını izah edə bilmir. Biz, planetin atmosferində nələrin (vulkanik aktivlik, günəş işığı və ya ildırım) baş verdiyini modelləşdirməyə çalışanda heç bir hadisə bu qədər yüksək miqdarda fosfin qazını əmələ gətirmir” - deyə alimlər qeyd ediblər. Bu cür kəşf adətən həyatın mövcudluğuna işarə edən ilkin sübutlardan hesab edilir. Hətta potensial həyat növü çox primitiv olsa belə. Mövcud olan nəzəriyyəyə əsasən söhbət, Venera planetinin buludlarında olan tək hüceyrəli bakteriyalardan gedir. Nəzərə alsaq ki, Veneranın səthi çox istidir, çox güman ki, potensial həyat növü onun buludlarında məskən salıb. NASA agentliyi ola biləcək növbəti potensial tədqiqatlar barəsində bir məlumat verməyib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.
1 Şərh
Tural Abdulxaliqov

Maraqlidir

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Alimlər insan beyni ilə kainat arasındakı oxşarlıqları aşkar ediblər

Texnologiyaların inkişafına baxmayaraq insan beyni özündə bir çox sirri birləşdirir və müasir elm in..


Alimlər kainatda olan işığın yarısının mənbəyinin hardan olduğunu aşkar edə bilm..

Son onilliklər ərzində güclü teleskoplar və inkişaf etmiş texnologiyalar sayəsində insan sivilizasiy..


Elon Musk Mars planetinin terraformalaşdırılmasından və orda olacaq ilk yaşayış ..

Elon Musk artıq uzun illərdir ki, Mars planetində insan koloniyasının yaradılması planını nəzərdən k..


Alimlər: 'Qlobal istiləşmə prosesləri artıq işə düşüb. CO2 səviyyəsinin azaldılm..

Əgər insan sivilizasiyası sabah atmosferə karbon dioksid (CO2) qazının ifrazını tam dayandırsa belə ..


Astronavtların 2024-cü ildə Artemis missiyası çərçivəsində Aya geri qayıtmaları ..

ABŞ senatının qəbul etdiyi yeni qanun layihəsinə əsasən NASA agentliyi Artemis missiyası üçün dövlət..


Ayın görünən tərəfində böyük həcmdə su aşkar edilib

Hər şey gec-tez insanların Ayda koloniya yaradacaqlarına doğru gedir. Lakin belə bir layihədə həyatı..

×