Veneranın atmosferində mikroorqanizmlərin mövcudluğuna işarə edən daha bir sübut aşkar edilib

Veneranın atmosferində mikroorqanizmlərin mövcudluğuna işarə edən daha bir sübut aşkar edilib

Süni zəka və Elm
19.10.2020 PAYLAŞIM

    Bir ay bundan öncə Venera planetinin atmosferinin tədqiqat nəticələri təqdim olunmuşdu. Həmin nəticələrdə qeyd olunmuşdu ki, sözügedən planetin atmosferində nadir fosfin qazı aşkar edilib. Bu isə planetdə canlı orqanizmlərin olduğuna işarə edir. Bir neçə müddət bundan öncə isə alimlər daha bir tədqiqat aparıblar. Aparılmış yeni tədqiqat çərçivəsində daha bir kimyəvi element aşkar edilib və o da Venera planetində canlı orqanizmlərin olduğuna işarə edir. Bu barədə 4pda saytı xəbər verib. Belə ki, alimlər spektroskopiya vasitəsilə Venera planetinin atmosferində aminosirkə turşusunu (qlisin) aşkar ediblər.

    Bu sadə amino turşu Yer kürəsində yaranmış ilk orqanik molekullardan biri olub. Aminosirkə turşusu öz növbəsində zülalın və digər bioloji birləşmələrin ifrazına şərait yaradır. Alimlər qeyd ediblər ki, bu kəşf Venera planetinin atmosferində ilkin həyat formalarının mövcudluğuna işarə edir. Güman olunur ki, planetin atmosferindəki həyat şəraiti planetin səthində olan sərt mühitdən çox fərqlənir. Buna görə də planetin atmosferində mikroorqanizmlər ola bilərlər. Nəzəriyyəyə əsasən həmin mikroorqanizmlər hal hazırda Yer kürəsinin milyardlarla il öncə keçdiyi bioloji prosesdən keçirlər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


SARS-CoV-2-nin yeni versiyası 11 dəfə daha ölümcüldür

Keçən ilin sentyabr ayından SARS-CoV-2-nin yeni versiyasını müşahidə etmiş alimlər əldə edilmiş nəti..


NASA Perseverance aparatının Mars səthinə eniş prosesinin videosunu və digər mat..

Mars planetinə Perseverance aparatının uğurlu çatdırılmasından sonra aparatın göndərdiyi ilk fotolar..


Dinozavrların məhv olmalarına səbəb olmuş meteoru Yer kürəsinə göndərmiş kosmik ..

Müasir elm güman edir ki, dinozavrlar 66 milyon il bundan öncə meteorun Yer kürəsi ilə toqquşması nə..


Google şirkətinin təkmilləşdirillmiş süni zəka sistemi bublik ilə ponçik arasınd..

Son illər ərzində neyroşəbəkələr və süni zəkalar bir çox sahələrdə əsl inqilab yaradıblar...


Perseverance aparatı Mars səthinin ilk rəngli fotolarını göndərib

Mars səthinə uğurlu eniş edəndən sonra NASA-nın Perseverance adlı aparatı ətraf mühitin fotolarını ç..


NASA-nın Perseverance aparatı uğurla Mars səthinə eniş edib

NASA agentliyi Perseverance adlı Mars aparatının missiyasının ilkin mərhələsini uğurla yekunlaşdırıb..

×