Logo
    main-post-cover

    Videolarda insanları realistik şəkildə qocaldan və cavanlaşdıran süni zəka alqoritmi hazırlanıb (VİDEO)

    Süni İntellekt
    23.12.2024
    Emil
         Şimali Karolina Merilend Universitetlərinin mütəxəssisləri MyTimeMachine adlı süni zəka alqoritmini ərsəyə gətiriblər. Bu süni zəka alqoritmi videoda hər hansısa şəxsi realistik şəkildə qocalda və ya cavanlaşdıra bilər. MyTimeMachine qocalma və cavanlaşma prosesinin modelini dəqiq şəkildə yarada bilir. Nəticədə hər hansısa şəxsin müəyyən yaşlarda necə göründüyünü seyr etmək olar. Sözügedən süni zəka alqoritminə bənzəyən digər analoqlardan fərqli olaraq MyTimeMachine dəri teksturu ilə yanaşı üz strukturunu da dəyişə bilir.
         Konkret şəxsin personallaşdırılmış qocalıq modelinin tərtibatı üçün həmin şəxsin son 20 il ərzində çəkilmiş 50 fotosunu alqoritmə təqdim etmək lazımdır. Təqdim olunan fotolar əsasında sistem şəxsin müxtəlif yaşlarda necə görünə biləcəyini sərgiləyir. Bu alqoritm film və televiziya sahəsində vizual effektlərlə bağlı xərcləri aşağı sala bilər. Məlumatda qeyd edilib mütəxəssislər sözügedən alqoritmi hazırlayan zaman 2019-cu ildə Netflix-də yayımlanmış “Irishman” filmindən ilhamlanıblar. Qeyd etmək lazımdır ki, bu filmin montajı zamanı bəzi yaşlı aktyorların daha cavan görünmələri istiqamətində vizual effektlərdən istifadə edilmişdi.
    Paylaş