
Visa və Mastercard süni zəka əsaslı alış-verişlərə start verəcəklər
Süni İntellekt
01.05.2025
Emil
Süni zəka təkcə startap dünyasına daxil olmaqla kifayətlənmir. İndi isə kredit kartı nəhəngləri Visa və Mastercard da süni zəka sahəsinə daxil olurlar. Visa çərşənbə günü “Intelligent Commerce” (Ağıllı Ticarət) adlı yeni təşəbbüsünü elan etdi və bildirdi ki, bu sistem süni zəkaya “tapmaq və almaq” imkanını verir. Süni zəka agentləri istifadəçilər tərəfindən əvvəlcədən seçilmiş seçimlər əsasında alış-veriş edə və onların adından məhsullar ala biləcəklər. Visa-nın Məhsul və Strategiya üzrə baş direktoru Jack Forestell verdiyi açıqlamada bildirib: “Hər bir istifadəçi sərhədləri özü müəyyən edir, qalanını idarə etməkdə Visa kömək edir”. Visa bildirir ki, daha şəxsi, daha təhlükəsiz və daha rahat süni zəka əsaslı alış-veriş təcrübələri yaratmaq üçün texnologiya nəhəngləri və startapların qarışığı ilə əməkdaşlıq edir.

Bu şirkətlər arasında Anthropic, IBM, Microsoft, Mistral AI, OpenAI, Perplexity, Samsung və Stripe kimi adlar da var. Bu addım Mastercard-ın çərşənbə axşamı verdiyi açıqlamanın ardınca gəlib - şirkət süni zəka agentlərinə istifadəçilər üçün onlayn alış-veriş imkanı verəcəyini bildirib. Mastercard qeyd edib ki, yeni “Agent Pay” xidməti ödənişləri artıq mövcud olan fərdiləşdirilmiş tövsiyə və məlumatlarla birləşdirərək həm insanlar, həm də bizneslər üçün generativ süni zəka ilə aparılan dialoqları təkmilləşdirəcək. Açıqlamada bildirilib.
“Bu o deməkdir ki, yaxın zamanda 30 yaşını qeyd edəcək bir şəxs öz yubiley tədbirini planlaşdırarkən, artıq süni zəka agenti ilə ünsiyyət quraraq üslubuna, məkanın ab-havasına və hava proqnozlarına əsasən yerli butiklərdən və onlayn mağazalardan geyim və aksesuar seçimini qabaqcadan hazırlaya bilər. Onun seçimlərinə və rəyinə əsasən, ağıllı agent alış-verişi həyata keçirə və məsələn, Mastercard One Credential istifadə etməklə ən uyğun ödəniş üsulunu da tövsiyə edə bilər”. Mastercard bildirib ki, “agent əsaslı ticarət”i genişləndirmək üçün Microsoft ilə yeni istifadə halları üzərində işləyəcək, həmçinin süni zəka əsaslı alış-verişin digər aspektləri üzrə IBM, Braintree və Checkout.com ilə əməkdaşlıq edəcək.
Mənbə: Techcrunch
Paylaş
Ən çox oxunanlar

Samsung qlobal smartfon bazarındakı liderliyini geri qaytarıb
